Bütün xəbərlər
29 oktyabr, 10:38

…2016-cı il idi. Aprel döyüşləri gedir, şanlı ordumuzun gec-tez ədaləti bərpa edəcəyinə inanırdıq. Universitetin həyətində üçrəngli bayrağımızın müşayiəti ilə tələbələrin səsinin birləşdiyi, "Qarabağ bizimdir, bizim olacaq!" şüarlarının qəlbimizdə, beynimizdə iz saldığı anı unutmaq mümkün deyil. Heç zaman ağlıma gəlməzdi ki, tələbə olarkən səsləndirdiyimiz şüarların davamını bu gün Qarabağda təhsil alan və bundan böyük sevinclə, gözlərində Vətən eşqi parlayan gənclərlə müsahibə ilə tamamlayacağam. 

Beləliklə, "Azərbaycan müəllimi" Qarabağ Universitetinin SABAH qruplarında təhsil alan bir neçə tələbənin fikirlərini öyrənib:

Qarabağ Universitetində təhsil almaq mənim üçün heyrətamiz təcrübədir 

Emil Əliyev Qarabağ Universitetinin iqtisadiyyat fakültəsində SABAH qruplarında təhsil alır. Xankəndiyə Bakıdan gəlib. Emil Qarabağ Universitetində təhsil almağın onun üçün həm tarixi, həm də mənəvi cəhətdən heyrətamiz təcrübə olduğunu deyir. Burada təhsil almaq təkcə bilik əldə etmək deyil, eyni zamanda Qarabağın dirçəliş prosesinə töhfə vermək və bu böyük missiyanın bir parçası olmaq deməkdir. “Necə bir hissdir?” deyə soruşsanız, “Böyük məsuliyyət və qürur mənbəyidir” deyərdim. 

Xalqımızın başına gətirilmiş müsibətləri, Qarabağın tarixinə yazılan faciələri nəzərə alsaq, Ali Baş Komandanımızın rəhbərliyi ilə hazırda Qarabağda dövlətimiz tərəfindən az bir vaxt ərzində həyata keçirilən quruculuq işlərinin vüsəti və onların nəticələri, ictimai-sosial həyat şəraiti sözlə ifadə edilməz. Bu, sadəcə təhsil prosesi deyil, həm də mənim və digər tələbə yoldaşlarımın vətən üçün xidmətimizdir. Biz Qarabağın bərpasının simvoluyuq. Bu, həmçinin mübarizə və gələcəyə ümidin göstəricisidir. Qarabağın yenidən doğuluşuna şahid olmaq deməkdir. Məkanın tarixi və milli əhəmiyyətini dərk edərək, burada öyrəndiklərimlə yalnız özümə deyil, həm də bu torpaqların gələcəyinə xidmət edirəm. Hər addımda, keçmişin çətinliklərini və xalqımızın mübarizəsini xatırlayaraq daha yaxşı bir gələcək üçün ilham alıram”.

"Addım atdığı torpağın tarixini bilmək, onun inkişafında iştirak etmək vətəndaş olaraq borcumuzdur" fikri ilə söhbətini tamamlayır Emil. 

Özünü, fikirlərini belə dəqiq, dolğun ifadə edən gəncliyimiz bizi də sevindirir.

Nə yaxşı ki, Qarabağ Universitetini seçmişəm

Növbəti müsahibimiz Aynur bir az həyəcanlıdır, deyəsən. Amma məmnuniyyətlə bizimlə həmsöhbət olur. O, SABAH qruplarında təhsil alan 60 tələbədən biri olmağın sevincini belə ifadə edir:

"Burada SABAH qruplarının da tədris olunacağını biləndə heç düşünmədən qərarımı vermişdim. Bakıda, Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alırdım. Çox böyük məsuliyyət tələb edən qərar vermişəm və düşünürəm ki, nə yaxşı ki Qarabağ Universitetini seçmişəm. Universitetin ilklərindən olmaq məsuliyyətimizi daha da artırır". 

Söhbət əsnasında Aynur Xankəndi şəhərindən, yataqxanadan, tələbələr üçün yaradılan şəraitdən danışmağı da unutmur: "Yataqxanadan qısa məsafədə marketlər, geyim mağazaları, şirniyyat evləri və digər zəruri obyektlərin yerləşməsi rahatlığımızı artırır. Onlar hər bir tələbənin ehtiyacını qarşılayacaq şəkildə qurulub. Yataqxana rəhbərliyi də tələbələrin asudə vaxtlarını maraqlı, faydalı keçirmələri üçün çox çalışır və ən əsası, tələbələrə qarşı mehriban, səmimi yanaşırlar".

Qarabağımızın rifahı üçün çalışmaq istəyi mənə daha çox motivasiya verir

Şabrandan olan Nərgiz də söhbətə qoşulur, heç sual ünvanlamağımızı gözləmir, təsəvvür etmədiyi arzunun gerçəkliyini yaşamağın xoşbəxtliyini ifadə edir. (Üzündəki təbəssüm dolu həyəcanı aydın hiss olunur, biz də maraqla bu xanımı dinləyirik). 

"Həqiqətən də Xankəndidə olmaqdan, Qarabağ Universitetində oxumaqdan çox məmnunam və böyük bir qürur hissi keçirirəm. Qarabağımızın yenidən qurulmasında iştirak etmək və bu müqəddəs torpaqlarda təhsil almaq mənə xüsusi bir vəzifə kimi gəlir. Gələcəkdə ölkəmizin, xüsusən də, Qarabağ regionunun rifahı üçün çalışmaq istəyi mənə daha çox motivasiya verir", - deyən Nərgiz fikirlərini söyləyərək bizdən ayrılır. 

Artıq tələbələrlə sağollaşmaq anına gəlib çatırıq. Bu zaman daha bir tələbəmiz, Əli gözümdən yayınmır. Gəncədən gələn Əli də tələbəliyini azad olunmuş Qarabağda, Vətənin dilbər guşəsində keçirməsindən xoşbəxtlik duyduğunu dilə gətirir. O, tələbəsi olduğu universitetin peşəkar mütəxəssislər yetişdirərək doğma yurda öz töhfəsini verəcəyini bildirir və özü də bunun üçün səylə çalışacağını ifadə edir.

Təmiz havası, yenicə payıza qucaq açan təbiəti ilə doğma yurd bizi yola salır. Necə qarşılamışdısa…

Şərhlər

Xəbər lenti

13 mart, 21:23

Emin Əmrullayev Turin Politexnik Universitetinin rektoru ilə görüşüb

13 mart, 19:52

Universitetlərarası Azərbaycan Çempionatının qalibləri müəyyənləşdi

13 mart, 17:31

“Mexanika mühəndisliyində rəqəmsal simulyasiya texnikaları” mövzusunda təlim keçirilib

13 mart, 17:20

Xarici dildə təhsil: Gələcək üçün şans, yoxsa ailə üçün çətinlik?

13 mart, 16:47

Ölkə üzrə 530-a yaxın məcburi köçkünün peşə bacarıqları artırılır

13 mart, 16:30

MDU-da Təhsil ixtisasları üzrə işçi qrupun iclası keçirilib

13 mart, 16:25

Rumıniyanın ali təhsil müəssisələrinə təqaüd proqramı elan edilir

13 mart, 16:20

Gəncədə 100 məcburi köçkün peşə təliminə cəlb edilib

13 mart, 16:08

“Sabahın alimləri” XIV Respublika Müsabiqəsinin II günü – FOTOLAR

13 mart, 15:05

Ənənə və müasirliyi birləşdirən təhsil ocağı – Şəki məktəbindən REPORTAJ

13 mart, 14:45

Xankəndi şəhərində solo konsert keçirilib

13 mart, 13:58

34 ildən sonra – Xankəndi məktəbinin bir dərs günü  

13 mart, 13:40

Xankəndidə suverenlik mövzusunda ilk tədbir keçirilib

13 mart, 12:32

“Nə? Harada? Nə zaman?” – Qalib komanda bu gün seçilir

13 mart, 11:55

Ben Sauter: Azərbaycanın ali təhsil sisteminin beynəlxalq məkanda tanınması artıb

13 mart, 11:43

İşğaldan azad edilmiş ərazilərdə işləyən müəllimlərin sayı açıqlanıb

13 mart, 11:38

ADNSU tələbələri üçün “Effektiv kommunikasiya” mövzusunda təlim keçirilib

13 mart, 11:31

“Mədən sənayesində qadınların rolunun artırılması” mövzusunda seminar keçirilib

13 mart, 11:11

"Şagirdlərimin sevincini görəndə düşünürəm ki, müəllimlikdən gözəl peşə yoxdur" 

13 mart, 10:57

Nazir yüksək elmi nailiyyətləri olan alimlərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.