“Bu il “Sabahın alimləri” müsabiqəsinin təşkili ilə bağlı edilən dəyişiklik layihə istiqamətlərinin sayının artırılması və onların sırasına süni intellektin əlavə edilməsidir”.
Bunu “Azərbaycan müəllimi”nə müsahibəsində Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev bildirib.
Onun sözlərinə görə, artıq müsabiqəyə süni intellekt də daxil olmaqla, 9 istiqamət üzrə layihə təqdim etmək imkanı yaradılıb: “Süni intellekt günümüzün ən aktual və maraqlı sahələrindən biridir. Şagirdlərimizin həmin istiqamət üzrə də müxtəlif tədqiqat işləri aparacaqlarına, gözəl layihələr hazırlayacaqlarına əminik”.
Qeyd edək ki bu tədris ilində 14-cü dəfə keçiriləcək “Sabahın alimləri” müsabiqəsinin əsas məqsədi yuxarı sinif şagirdlərinin (IX - XI) elmi-texniki yaradıcılığa sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsinin təmin edilməsi, bu sahədəki fəaliyyətlərinin stimullaşdırılması, elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumtəhsil məktəbləri arasında əlaqələrin genişləndirilməsi, seçilmiş şagirdlərin beynəlxalq müsabiqəyə göndərilməsidir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Bölmələrimiz
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)