Qərbi Azərbaycandan deportasiyanın sosial və mədəni təsirləri

29 Sentyabr, 2026 - 10:11
Qərbi Azərbaycandan deportasiyanın sosial və mədəni təsirləri

“Qərbi Azərbaycan bizim tarixi torpağımızdır. Bunu bir çox tarixi sənədlər, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündəki nitqindən, 24 dekabr 2022-ci il.
                                    
Giriş: Ölkə rəhbərinin səsləndirdiyi bu çağırış xüsusi önəm kəsb edir. Prezidentin vurğuladığı, xüsusi diqqət ayırdığı, çağırış etdiyi bu məsələ İrəvan, Göyçə, Zəngəzur kimi tarixi Azərbaycan torpaqlarını tərk etməyə məcbur edilmiş, hazırda Azərbaycanın indiki ərazisində yaşayan azərbaycanlıların tarixi və mədəni irsidir. Azərbaycan dövlətçiliyinin varislərindən olan İrəvan xanlığı çox da uzaq tarix deyil. Buna görə də, hazırda taleyi və tarixi elmi dövriyyədən kənarda saxlanmadan Qərbi Azərbaycan məsələsinin tədqiq və təbliğ edilməsi zərurəti yaranıb. Milli, mədəni, elmi və tarixi baxımdan bu tarixi məsələnin tədqiq və təbliğ edilməsi soykökünə bağlılıq, milli özünüdərk, milli tarixi şüur habelə milli kimlik və milli mədəni irs məsələləri ilə bağlı tarixşünaslığımızda çoxdan bəri kök salmış böyük bir boşluğu doldurmağa, həmçinin bir çox cavabı dəqiq olmayan müzakirəli məsələləri aradan qaldırmağa təsir göstərə bilər. Bu baxımdan Vətən müharibəsində əldə edilən tarixi qələbə xalqımızın müqəddəratının yeni mərhələsi zəminində geniş üfüqlər açdı. 44 günlük tarixi savaşda qazanılan qələbə və nailiyyətlər soykökünə bağlılıq və milli özünüdərk, habelə milli dirçəliş və milli intibah tarixşünaslığımızda çoxdan kök salmış böyük bir boşluğu aradan qaldırmağa ciddi təkan verdi. Tarixi qələbə müqəddəratımızın təyini haqda yeni strategiyalar və hədəflər müəyyən etməklə yanaşı, həm də keçmişimizə həssas münasibət, onu yenidən qiymətləndirmə fürsətləri və çoxəsrlik tarixi maddi-mədəni-mənəvi irsimizi yenidən və daha dərindən tədqiq etmək öhdəliyini qoydu.

Qərbi Azərbaycanın tarixi: 200 ildən artıq Qərbi azərbaycanlıların müxtəlif siyasi quruluşlarda-şarizm, sovetlər və ermənilərin etnik təmizləmə və soyqırımları nəticəsində yaşadığı fəlakətlər ön sırada durur. Nəticədə, həyatını itirən yüz minlərlə insanla yanaşı, qərbi azərbaycanlıların ziyalı, intellektual, mədəni, siyasi, hərbi elitası sayılan on minlərlə görkəmli simaları da məhv edilib. 1987-1991-ci illərdə isə Qərbi Azərbaycan torpaqlarından əhalinin tamamilə deportasiyası ilə ermənilər Qərbi Azərbaycan coğrafiyasında tam etnik təmizləmə siyasətini həyata keçirərək  azərbaycanlıları yaşadıqları ərazidən soyqırım yolu ilə deportasiya ediblər .

Azərbaycanlılar indiki Ermənistan ərazisində e.ə. II yüzillikdən yaşamağa başlayıblar. Qərbi Azərbaycanın ərazisi e.ə.IV əsr-e.705-ci ilə qədər qədim Azərbaycan dövləti Albaniyanın, VIII-IX yüzillərdə Ərəb xilafətinin, XI-XIII yüzillərdə Səlcuqlu dövlətinin, XIII-XIV əsrlərdə Böyük Monqol İmperiyasının, 1410-1468-ci illərdə Qaraqoyunlu, 1468-1501-ci illərdə Ağqoyunlu, 1501-1736-cı illərdə Səfəvilər dövlətinin, 1736-1747-ci illərdə isə Əfşarlar dövlətinin tərkib hissəsi olub. XVI yüzilin sonları və XVIII yüzilin 20-ci illərində Osmanlı-Səfəvi müharibələri zamanı İrəvan bölgəsi iki dəfə Osmanlı imperiyasının tərkibinə qatılmışdı.

XIX əsrin əvvəllərində regionda siyasi maraqları olan böyük dövlətlərin dəstəyi ilə Qarabağ xanlığı ilə Rusiya arasında imzalanan Kürəkçay(1805) müqaviləsi, Rusiya və İran dövlətləri arasında bağlanan Gülüstan (1813), Türkmənçay(1828) müqaviləsi daha sonra isə Türkiyə və İran arasında bağlanan Ədirnə(1829) sülh müqavilələrindən sonra Azərbaycan torpaqlarına ermənilərin kütləvi köçürülməsi siyasəti həyata keçirilib. Ermənilərin indiki Ermənistan ərazisinin avtoxton sakinləri olmadıqlarını erməni tarixçilərinin özləri də təsdiq edirlər. Vardan Parsamyan göstərir ki, 1828-1830-cu illərdə İran və Osmanlı imperiyasından təqribən 140 min erməni köçürülərək əsasən İrəvan və Naxçıvan xanlıqlarının ərazilərində məskunlaşdırılmışlar . Ermənilərin Qafqaza, xüsusilə də Qərbi Azərbaycan torpaqlarına köçürülməsi nəticəsində “Erməni vilayəti” (1828-1848) yaradıldı, erməni köçkünlərin sayı mexaniki şəkildə artırıldı Bölgənin erməniləşdiriməsi siyasətini həyata keçirmək məqsədilə İrəvan, Göyçə, Zəngəzur və Zəngibasar bölgəsində yaşayan azərbaycanlıların öz tarixi yurdlarından deportasiyasına və soyqırımına start verilib.

Erməni köçkünlərin sayının mexaniki şəkildə artırılması nəticəsində regionda marağı olan böyük dövlətlərin dəstəyi ilə 1918-ci il mayın 28-də ermənilərin milliyətçi “Daşnaq” partiyası və onların tərəfdarları tərəfindən qədim Azərbaycan torpaqları olan keçmiş İrəvan xanlığı ərazisində tarixdə ilk dəfə olaraq erməni dövləti elan edilib. Sonradan 1921-ci ildə Zəngəzur qəzasının bir hissəsi bolşeviklərin xidməti sayəsində yaradılan Ermənistan SSR-ə verilməklə Naxçıvan Azərbaycandan ayrı salınıb. Hələ Rusiya imperiyasının mövcud olduğu vaxtlarda 1905–1906, 1918–1920, 1948–1953, 1959–1979 və 1987–1991-ci illərdə “monoetnik Ermənistan” dövləti yaratmaq məqsədilə həmin ərazilərdən azərbaycanlıların etnik təmizlənməsi aparılıb.

Ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi nəticəsində bölgədə əhalinin etnik tərkibi dəyişib, Qafqaz regionu iğtişaş və münaqişə mənbəyinə çevrilib. Soyqırımı, deportasiya, eyni zamanda soydaşlarımıza məxsus yaşayış məskənlərinin, tarix və mədəniyyət abidələrinin dağıdılması, azərbaycanlılara aid maddi-mədəniyyət nümunələrinin tarixi adlarının dəyişdirilməsi, erməniləşdirməyə məruz qoyaraq, bölgədəki azərbaycanlı izlərinin silinməsi cəhdləri, bu mümkün olmadıqda isə həmin maddi-mədəniyyət abidələrinin ya məhv edilməsi, ya da “qədim ermənilərə məxsusluğu” barədə saxta sənədlərin hazırlanması kimi hallar onların mənfur siyasətinin tərkib hissəsi idi.

1905-1907-ci illər deportasiyasının yaratdığı sosial təsirlər 

Qərbi Azərbaycandan azərbaycanlıların ilk deportasiyası 1905-1906-ci illərdə baş vermişdi. Bölgədə sayca üstünlük təşkil edən ermənilər silahlı dəstələr yaradaraq azərbaycanlılara qarşı soyqırım hadisələri törədib onların doğma yurdlarından zorla köçürüblər. Erməni silahlı dəstələri 1905-1906-cı illərdə İrəvan şəhərində və Qırxbulaq mahalının Gözəcik, Məngüs, Güllücə, Üşü, Pərsi, Nəzrəvan, Kiçikkənd, Kötüklü, Qoşabulaq, İrku, Əngirsək, Təkiyə və  kəndləri Eçmiədzində isə 10 kənd olmaqla Qərbi Azərbaycanda 50 kəndi dağıdıb qırğınlar törədir. Erməni silahlı dəstələri təkcə 1906-cı ilin avqust ayında Zəngəzur qəzasında Xələc, Karxana, Qatar, İncəvar, Daşnov, Çöllü, Yeməzli, Saldaşlı, Mollalar, Batuman, Oxçu-Şəbədək, Atqız, Pürdavud, Zurul, Guman, İyilli-Sənalı, Minənəvur, Fərcan, Qalaboynu, Bucağıq və başqa kəndləri yerlə yeksan etmiş, azərbaycanlı əhaliyə qarşı soyqırım törədiblər.1897-ci ildə İrəvan quberniyasında azərbaycanlı əhali 313176 nəfər olduğu halda, 10 ildən sonra - yəni 1907-ci ildə 302965 nəfər qalmışdı. Ümimilikdə  1905-1906-cı illərdə İrəvan və Gəncə quberniyalarında 200-dən artıq azərbaycanlı yaşayış məntəqəsi dağıdılmış, əhali soyqırıma məruz qalmışdır. İlk deportasiya Qərbi Azərbaycanlıları öz evindən, işindən, mülkündən yurdundan başqa, onları mənəvi dəyərlərindən. kökündən, mədəniyyətindən ayrı salıb. Qərbi Azərbaycanlıların öz el obasında, mühitində yaratdığı sosial münasibətlərini zədələyib, həyatlarına dair yaratdıqları mənaları pozduğu üçün onlarda travmatik hislər yaradıb. Əziyyətlə tikdikləri evləri qarət olunub, maddi-mədəni əşyaları əllərindən alınaraq evləri yandırılıb. Qərbi Azərbaycanlıların evləri ilə yanaşı 50 dən çox məscid, 41 pir/ocaq/ziyarətgah, 5 mədrəsə, 1 məktəb da yandırılıb 150 qəbiristanlıq dağıdılıb. Əhalinin bir çoxu öldürülüb sağ qalanlar isə ərazini tərk etməyə məcbur olub. Bu deportasiyanın travması daha çox qadın və uşaqlarda psixoloji travmalar yaradıb. Deportasiyanın məqsədi əhalinin milli və etnik tərkibini dəyişdirib azərbaycanlıların kompakt yaşadıqları əraziləri erməniləşdirmək idi. Qərbi Azərbaycanlılar münaqişə bitdikdən sonra öz evlərini bərpa edib yeni həyata başlasa da, ermənilərin törətdikləri soyqırım və deportasiyanın sosial təsiri davam edib.   

1918-1920-ci illərdəki deportasiyanın yaratdığı sosial təsirlər 

Azərbaycanlılara qarşı tarixin ən kütləvi soyqırım hadisəsi 1918-1920-ci illərdə baş verib. Rusiya imperiyasının süqutundan sonra 28 may 1918-ci ildə Tiflisdə yerləşən Erməni Milli Şurası paytaxtı İrəvan şəhəri olan Ararat Respublikası elan etmişdi. Elan olunan dövlətin əsas əraziləri tarixən Azərbaycan torpaqları olduğu üçün əhalisinin əksəriyyətini də azərbaycanlılar təşkil edirdi. Ərazidə olan bütü toponimlər, yer adları, coğrafi adlar əsasən Azərbaycan mənşəli adlar idi. XX yüzilliyin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alınsa da, 1915-ci ildə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayı artaraq 391 olub. Bunlardan 382-si şiə, 9-u isə sünni məscidi kimi fəaliyyət göstərib .. Daha sonra məscidlərin sayı artaraq 400 olub
1918-1920-ci ilədək indiki Ermənistan ərazisində yaşamış 575 min nəfər müsəlman əhalidən cəmisi 10 min nəfərdən bir qədər artıq azərbaycanlı əhali qalmışdı. Azərbaycanda Sovet hakimiyyəti dövründə 1922-ci ilədək indiki Ermənistana – öz tarixi etnik torpaqlarına cəmisi 100 min azərbaycanlı qayıda bilib  1918-1920-ci illərdə baş verən soyqırımda azərbaycanlılara məxsus yaşayış məskənləri  islam dini abidəsi 400 məscid, 60 alban məbədləri, 90 pir/ocaq/ziyarətgah, 17 qala, 6 karvansara 200 qəbiristanlıq dağıdılıb, 1000 dən çox tarixi memarlıq abidəsi qarət edilib, evlər və məscidlər insanlar içinə doldurularaq yandırılıb, azərbaycanlılar məxsus minlərlə maddi-mədəni irs nümunəsi məhv edilib. Azərbaycanlıların köçürülməsindən sonra azərbaycanlıların kompakt yaşadığı qədim və maddi-mədəni irs nümunələri ilə zəngin yaşayış məskənlərinin bir çoxu dağıdılıb ləğv edildi. qalanlarının isə azərbaycanlı adları dəyişdirilib ermənicə adlar qoyuldu. Azərbaycanlılardan boşaldılan strateji  əhəmiyyətli ərazilərə və şəhərdəki evlərə erməni əhali yerləşdirildi. Sosial və vətəndəşlıq hüququ ermənilər tərəfindən taptalanarq deportasiyaya məruz qalmış azərbaycanlılar müvəqqəti məcburi yerləşdikləri Azərbaycan ərazisində  cəmiyyət tərəfindən qəbul edilib. Onlara maddi-mənəvi köməklik göstərilsə də Qərbi Azərbaycanlılar yurdundan, soykökündən və  mədəniyyətindən məhrum edilməyin sosial-psixoloji travmasını yaşayıb özlərini yad hiss edərək aid olduğu torpaqlara qayıtmağı gözləyiblər. Ermənistanda Sovet hakimiyyətinin qurulmasından sonra 1921-ci ildən azərbaycanlılar Qərbi Azərbaycandakı torpaqlarına qayıtmağa başlayıb. Evlərini, təsərrüfatlarını bərpa etsələr də soykök, tarixi keçmiş və kimliyini formalaşdıran ata-babalarına məxsus çox sayda dağıdılmış maddi-mədəni irs nümunələrindən mərhum olmaları onların şüur və təfəkküründə dərin sarsıntılara səbəb olmuşdur. 
               
1947-1953-cü illərdəki deportasiyanın yaratdığı sosial təsirlər:

1947-ci il dekabrın 27-də SSRİ Nazirlər Soveti “Ermənistan SSR-dən kolxozçuların və başqa əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” 4083 №-li qərar qəbul etdi. Bu qərarla 1948–1953-cü illərdə 144 654 nəfər azərbaycanlı Ermənistandan Azərbaycan ərazilərinə zorla köçürüldü. Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərara 1989-cu ildə münasibət bildirən SSRİ hökuməti 40-cı illərdə deportasiyaya məruz qalmış xalqların hüquqlarının bərpası haqqında qərar qəbul etsə də, 1948–1953-cü illərdə Ermənistandan deportasiya edilmiş azərbaycanlılar həmin xalqların siyahısına daxil etmədi.

Təkcə 1947-1953-cü illərdə 60-dan artıq yaşayış məntəqələrinin adları dəyişdirilib. Ermənistan rəhbərləri xaricdən gələn erməniləri yerləşdirmək bəhanəsi ilə Naxçıvanla Ermənistan arasındakı ərazilərdə xeyli miqdarda erməni əhalisinin yerləşdirilməsinə nail oldular. Ermənistanın Dağ rayonlarından köçürülən azərbaycanlı əhalinin Qarabağ ərazisində məskunlaşmasına icazə verilmədi. Ermənistanın dağ rayonlarından Azərbaycanın Kür-Araz vadisinə köçürülən minlərlə azərbaycanlı əhali iqlimə uyğunlaşa bilmədikləri və məişət şəraitinin olmaması səbəbi ilə yoluxucu xəstəliklərdən həlak oldu, İ.Stalinin ölümündən sonra ancaq əhalinin yarısı öz doğma yurdlarına qayıtması mümkün olmuşdu Qərbi Azərbaycandakı yurdlarına geri qayıdan əhalinin deportasiyadan əvvəl Ermənistanda yaşadığı kəndlərin bir çoxunun ermənilər tərəfindən zəbt edilməsi və dağıdılması nəticəsində azərbaycanlılara ancaq ermənilərin yaşadığı ərazilələrə yerləşmələrinə izin verilmişdi. Ermənilərin təzyiqlə üzləşən və uyğunlaşa bilməyən əhalinin bir qismi azərbaycanlıların kompakt yaşadığı ərazilərə və Azərbaycana geri qayıtmağa məcbur olmuşdur. Tarixi faktlar sübut edir ki, Ermənistandan azərbaycanlıların köçürülməsində məqsəd xarici ölkələrdən ermənilərin Ermənilərin köçürülməsi və Kür-araz ovalığının inkişafı və münbitləşdirilməsi deyil əslində azərbaycanlıların Ermənistandan təmizlənməsi idi. Ermənistan KP MK-nın 1975-ci il yanvar Plenumunda deyilmişdir ki, həmin kəndlərin 476-dan çoxu istifadəsiz qalmışdır. Erməni millətçilərinin özləri də 90-cı illərdə etiraf etmişlər ki, azərbaycanlıların köçürülməsi ilə əlaqədar boşaldılan ərazilərdən və mənzil fondundan xaricdən gələn ermənilərin yerləşdirilməsi üçün istifadə edilməmişdir.

Deportasiya sosial fəlakətə səbəb olmuş, qərarının icrası zamanı hüquq normalarına zidd hərəkətlərə yol verilmiş Qərbi azərbaycanlıların vətəndaşlıq, bərabərlik hüququ, təhsil hüququ, mədəni hüququ, sağlamlıq hüququ, mülkiyyət hüququ, sosial təminat hüququ, əmək hüququ, mədəni iştirak hüququ, birləşmək azadlığı hüququ, adekvat yaşayış səviyyəsi hüququ taptalanmışdır. Minlərlə insan, o cümlədən, qocalar və körpələr ağır köçürülmə şəraitində kəskin iqlim dəyişikliyinə, fiziki, psixoloji sarsıntılara və mənəvi genosidə dözməyərək həlak olmuşlar. 

1987-1991-ci illərdəki deportasiyanın yaratdığı sosial təsirlər

1987-1991-ci illərdə baş verən son deportasiya zamanı 22 rayondan (172 sırf azərbaycanlı, 89 ermənilərlə qarışıq yaşayış məntəqələrindən 40.928 ailə) 300.000-dən çox azərbaycanlı ata-baba yurdlarından zorla çıxarılıb. 1987-1991-ci illərdə azərbaycanlıların Ermənistanda əsrlər boyu yaşadıqları 8 min kv.km əhatə edən yaşayış  məntəqəsindən azərbaycanlının qovulduğu və 216 nəfər azərbaycanlının (o cümlədən, 57 qadın və 23 uşaq) qətlə yetirildiyi göstərilir. İşgəncələrə məruz qalaraq öldürülmüş 203 nəfərin işi ilə bağlı SSRİ prokurorluğuna və Azərbaycan istintaq orqanlarına göndərilmiş materiallardan məlum olur ki, onlardan 14 nəfəri odlu silahla, 45 nəfəri döyülərək, 13 nəfəri yandırılaraq, 131 nəfəri isə müxtəlif işgəncələrlə məruz qalaraq öldürülüb.

1987–1991-ci illərdən başlayaraq Qərbi Azərbaycanda azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilər tərəfindən  zəbt edilib. 223 qəbiristanlıq, 600 alban məbədi, 62 məscid, 150 pir/ocaq/ziyarətgah, 1500 qəbirüstü abidə və minlərlə tarixi-memarlıq abidəsi tədricən vandalizmə məruz qalıb. Ermənistan rəhbərliyi “azərbaycanlıların təmizlənməsi aksiyası”nı başa çatdırdıqdan sonra, onların yaşadıqları kəndlərin adlarının dəyişdirilməsinin növbəti və yekun mərhələsinə başladılar. Ermənistan Respublikası Ali Sovetinin 9 aprel 1991-ci il tarixli fərmanı ilə 90 yaşayış məskəninin adı dəyişdirilib. Bu, Ermənistanda 1920–1987-ci illər ərzində aparılan “addəyişmə əməliyyatı”nın davamı hesab edilə bilər. Təkcə 1920-ci ildən 1991-ci ilə qədər Ermənistanda 650 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilib.

Ümumilikdə, 5000-dən çox tarixi, dini və maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib, Hazırda Ermənistan ərazisində – İrəvanda  yalnız Göy məscid, bölgələrdə isə bir neçə məscid qismən salamat qalıb ki, onlar da konstruktiv dəyişikliklərdən sonra  fars (İran) məscidi kimi təqdim edilir. Həyata keçirilən bu dağıdıcı fəaliyyətin kökündə irqçilik və nifrət dayanır. 

Qərbi Azərbaycanda Azərbaycan xalqına məxsus maddi-mədəni irs 

Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar orada yaşadığı dövrdə ərazinin qədim və əzəli sakini kimi tarixin bütün dövrlərini əhatə edən, onun orada fiziki varlığını göstərən zəngin milli maddi-mədəni və miras irs yaradıb. Azərbaycanlıların yaratdığı zəngin mədəniyyət əsrlərdən bəri qorunub saxlanmış müxtəlif mənşəli abidələrdə yaşayıb, xalqın, millətin milli mənəviyyatını özündə əks etdirir. Yüzilliklər ötdükcə, zaman keçdikcə xalqın yaratdığı və nəsillərə qoyduğu maddi-mədəni miras daha da əzəmətli, möhtəşəm görünür. Maddi-mədəni miras xalqın keçmiş qüdrətinin, əzəmətinin tarixi yaddaşı kimi bu mədəniyyətin varislərinin varlığını qürur hissi ilə doldurur. Maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin müəyyən coğrafi məkanda formalaşmasını təsdiqləyən ən tutarlı və mühüm tarixi dəyəri olan sənədlərdir. Ona görə də zaman keçdikcə bu mədəni miras zəngin xəzinəyə çevrilir.

Qərbi Azərbaycanın qədim tarixinin arxeoloji baxımdan öyrənilməsi XIX əsrin 70-ci illərinə qədər sistemsiz şəkildə aparılmışdır. 70-ci illərdən etibarən Qafqazın, o cümlədən Qərbi Azərbaycanın arxeoloji cəhətdən öyrənilməsində yeni mühüm addım atıldı. 1871-ci ilin oktyabrında Tiflis şəhərində Qafqaz Arxeoloji Komitəsi təsis edildi. 1872-ci ildə qurum Qafqaz Arxeologiya Həvəskarları Cəmiyyəti adlandırıldı. 

XIX əsrin 90-cı illərindən başlayaraq Qərbi Azərbaycanın maddi-mədəni irsinə və mədəniyyət tarixinə arxeoloqların marağı daha da artdı. 1896-1899-cu illərdə Moskva Arxeoloji Cəmiyyətinin tapşırığı ilə cəmiyyətin üzvü A.A.İvanovski Göyçə gölü kənarındakı ərazilərdə arxeoloji qazıntı işləri aparıb,  Oğuz qəbirləri aşkar etdilər,  Oradan üzə çıxarılan çox qiymətli maddi mədəniyyət abidələri Moskva Dövlət Tarix Muzeyinə göndərildi. Bu nümunələri ilk dəfə elmi cəhətdən tədqiq edən A.A.İvanovski əldə etdiyi nəticələri “Qafqaz arxeologiyasının materialları” toplusunda çap etdirdiyi “Zaqafqaziya haqqında” hesabatında ümumiləşdirdi. Lakin hesabatda tədqiq edilən abidələrin, aşkara çıxarılan qəbirlərin xəritələri haqqında məlumat verilməyib və xəritə məxfi saxlanılıb. Daha sonrakı dövrlərdə xəritəni əldə edən erməni arxeoloqlar  o xəritə əsasında Göyçə gölü ətrafı ərazilərində və orada yerləşən qalalarda qazıntı işləri aparıb, oradan çıxardılan əşyaları İrəvan dövlət muzeyi və Moskva dövlət muzeyinə göndəriblər
1987-1991-ci illərdəki sonuncu kütləvi deportasiyadan sonra azərbaycanlılara aid yaşayış məskənləri ilə birlikdə tarixi Azərbaycan torpaqlarındakı  müqəddəs sakral inanış məkanı Hacı Baba piri, Bəzirgan piri, Qaradaş ziyarətgahı, Qarabulaq ziyarətgahı, Qızıldağ ocağı, Məhbub ocağı, Ocaqlı piri, Seyid Məmiş piri, Süd daşı piri, Toparlı piri, Üç qardaş piri, Sərdar məscidi, Təpəbaşı məscidi, Ağadədə məscidi, Loru qala məscidi, Gümrü məscidi, Xoca Bazar kənd məscidi, Qaraçanta məscidi, Püsək kənd məscidi, Şirvanlı məscidi, Şeyx İsmayıl Siracəddin Şirvani məscidi,  Masdərə kənd qəbirüstü abidələri,  Çıkıvəng məbədi,  Ataxan qalası, Aşağı Zağalı qalası, Buğdayitəpə qalası, Əliqırx qalası, Ərqüş qalası, Kоrоğlu qalası, Qalaça dağında qala, Qızıldağ qalası, Qız qalası, Səngər qalası, Çırpılı karvansarası, Qurduqulu karvansarası, Nüvədi kənd karvansarası, Mığrı karvansarası, Uşi kəndində karvansara,  Mir Həmzə Nigari türbəsi, Göy Məmməd günbəzi, Qoşabulaq kəndində qəbirüstü arxeoloji-etnoqrafik  abidələr, Qızıl Qoç kəndində qəbirüstü heykəl, Aşağı Zağalı kəndində kurqan qəbirlər, Salah kəndində daş körpü, Babacan kəndində daşüstü kitabələr, Basarkeçər rayonunda Müsəlman din  məktəbi, Dilican şəhərində Tatar (azərbaycanlı) məhəlləsi, Çamırlı kəndində mədrəsə, Abdalağalı kənd qayaüstü təsvirləri, Adıyaman kəndində orta yüzilliyə aid evlər, Ağparax kəndində istehkam divarları, Bazarçay vadisində qədim mağaralar yüzlərlə alban-türk tarixi-memarlıq abidələri, saraylar, karvansaralar, imarətlər, məscidlər, məqbərələr, alban türk-oğuz qəbiristanlıqları, qəbirüstü abidələr, ziyarətgahlar erməni işğalı altına düşdü. Ermənilərin azərbaycanlılara qarşı apardıqları etnik təmizləmə və tarixi abidələrə qarşı həyata keçirilən vandallıq aktları nəticəsində azərbaycanlıların varlığını özündə əks etdirən tarixi-memarlıq abidələrinin çoxu yer üzündən silinib, qalanları isə erməni yazı və elementləri əlavə edilərək erməniləşdirilib.

XX yüzilliyin əvvəllərində İrəvan quberniyası ərazisində 310 məscid qeydə alınsa da, 1915-ci ildə İrəvan və Zəngəzur quberniyasının ərazisində məscidlərin sayı artaraq 391 olub. Bunlardan 382-si şiə, 9-u isə sünni məscidi kimi fəaliyyət göstərib. 1918-ci ildən başlayaraq bu məscidlərin hamısı ermənilər tərəfindən dağıdılaraq, məhv edilib .

1918–1991-ci illərdən başlayaraq Qərbi Azərbaycanda azərbaycanlıların tərk etmək məcburiyyətində qaldıqları ərazilərdə 234 məktəb, 214 kitabxana, 268 mədəniyyət müəssisəsi, 235 səhiyyə ocağı, 112 uşaq bağçası, 152 məişət evi ermənilər tərəfindən  zəbt edilib. 223 qəbiristanlıq, 600 alban məbədi, 400 məscid, 150 pir/ocaq/ziyarətgah, 1500 qəbirüstü abidə və minlərlə tarixi-memarlıq abidəsi tədricən vandalizmə məruz qalıb. Ümumilikdə, 5000-dən çox tarixi, dini və maddi-mədəniyyət abidəsi ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv edilib, mənimsənilib, Hazırda Ermənistan ərazisində – İrəvanda  yalnız Göy məscid, bölgələrdə isə bir neçə məscid qismən salamat qalıb ki, onlar da konstruktiv dəyişikliklərdən sonra  fars (İran) məscidi kimi təqdim edilir. Həyata keçirilən bu dağıdıcı fəaliyyətin kökündə irqçilik və nifrət dayanır.

Ermənilər tərəfindən  Qərbi Azərbaycanda azərbaycanlıların  sosial həyatını və fəaliyyətini təsdiq edən hər şey dağıdılıb məhv edilir. Azərbaycanlılara aid sosial həyatı əks etdirən maddi-mədəni abidələr və toponimlər konkret etnosun konkret coğrafi məkanda təşəkkülünü göstərən ən tutarlı sənəddir. Ona görə də ermənilər əraziləri azərbaycanlılardan təmizlədikcə, ilk növbədə, yer adlarını dəyişdirirlər. Demək olar ki, son dövrdə maddi-mədəniyyət abidələri ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv olunub, mənimsənilib, bütün toponimlər erməniləşdirilib. Bu da azərbaycanlıların həmin torpaqlarda tamamilə izlərinin itirilməsi məqsədi güdür.

Xülasə: Maddi-mədəni abidələr və toponimlər konkret etnosun konkret coğrafi məkanda təşəkkülünü göstərən ən tutarlı sənəddir. Ona görə də ermənilər əraziləri azərbaycanlılardan təmizlədikcə ilk növbədə yer adlarını dəyişdirirlər. Demək olar ki, son dövrdə maddi-mədəniyyət abidələri ermənilər tərəfindən şüurlu, planlı şəkildə məhv olunub, mənimsənilib, bütün toponimlər erməniləşdirilib. Bu da azərbaycanlıların həmin torpaqlarda tamamilə izlərinin itirilməsi məqsədi güdür.

Bu proses XX əsrdə qlobal şəkil alıb və o yerə çatıb ki, bu gün Ermənistanın yerləşdiyi Azərbaycanın tarixi torpağı olan Qərbi Azəbaycanda son siyahıya alınma və pasportlaşma prosesində bir dənə də olsun müsəlman abidəsinin qeydə alınmaması bu tarixi torpaqlarındakı azərbaycanlı izinin silinməsi uğrunda aparılan mübarizə tezisini dəstəkləyir. Çünki tarixi torpaqlardakı tarixi yaddaş əsrlərdən bəri qorunub saxlanmış memarlıq abidələrində yaşayır, xalqın, millətin mənəviyyatını özündə əks etdirir.

Yüzilliklər ötdükcə, zaman keçdikcə xalqın yaratdığı və nəsillərə qoyduğu mədəni miras daha da əzəmətli, möhtəşəm görünür. O, xalqın keçmiş qüdrətinin, əzəmətinin tarixi yaddaşı kimi bu mədəniyyətin varislərinin varlığını qürur hissi ilə doldurur. 

Maddi-mədəniyyət, memarlıq abidələri, toponimlər bir millətin müəyyən coğrafi məkanda formalaşmasını təsdiqləyən ən tutarlı sənədlərdir. Ona görə də zaman keçdikcə bu mədəni miras zəngin xəzinəyə çevrilir. Son 200 ildə ermənilər tərəfindən zəbt edilərək məskunlaşdırılmış Qərbi Azərbaycanın dini-ruhsal ocaqlarının (məscid, pir, ziyarətgah, qəbirüstü abidələr) məhz müsəlman-türk dünyasının maddi-mədəni irsi kimi təqdir edilməsi, coğrafi məkan üzrə paylanmasının sistemləşdirilməsinin (yazılı və təsviri formada) böyük əhəmiyyəti vardır. Ermənistan Respublikasının yerləşdiyi ərazi Azərbaycanın tarixi ərazisidir. Tarixi reallıq uğrunda apardığı mübarizəni bu gün Azərbaycan özünün iqtisadi, siyasi gücü ilə yanaşı, Qərbi Azərbaycandakı tarixi irsi, mədəniyyəti, incəsənəti və zəngin mirası ilə elmi, siyasi-ideoloji cəbhədə mənbələrə söykənərək, dəlillərlə və sübutlarla daha da gücləndirmə imkanı əldə edə bilər.


Əfqan Vəliyev,
Elm və Təhsil Nazirliyinin Uşaq və gənclərin inkişafı şöbəsində mütəxəssis