Bütün xəbərlər
24 sentyabr, 16:56

2026-cı ildə ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramları (Azərbaycan və rus dillərində) açıqlanıb.

“Azərbaycan müəllimi” qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramları təqdim edir:

1. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Azərbaycan bölməsi)

2. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının ikinci mərhələsi üçün proqramlar (Rus bölməsi)

Qeyd 1. Qəbul imtahanlarında ötənilki imtahan modeli tətbiq olunacaq. Test bloklarına 22 qapalı tipli, 5 açıq (cavabı kodlaşdırıla bilən) tipli, həmçinin I ixtisas qrupu üzrə cavabı yazı ilə ifadə edilən 3 müstəqil tapşırıq, II, III və IV ixtisas qruplarında isə cavabı yazı ilə ifadə olunan 3 tapşırıqlı mətn, situasiya və mənbə daxil ediləcək.

Qeyd 2. Proqramların sonundakı siyahılarda əsas ədəbiyyat kimi dərsliklər göstərilmişdir. Nəzərinizə çatdırırıq ki, ötən illərdə olduğu kimi, bu il də dərslikdən kənar heç bir mövzu proqramlara daxil edilməmişdir. Əlavə ədəbiyyat siyahısında qeyd olunanlarla isə orta məktəbdə öyrənilənlər təkrar edilə bilər.

Qeyd 3. Ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Təbiət” adlı yeni dərslik tədris olunur. Bununla əlaqədar olaraq, həmin siniflərdə biologiya və fizika fənləri ayrıca tədris edilmir. Lakin qəbul proqramlarında hələlik bu fənlərdən mövzular qalır. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

Qeyd 4. Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrində, kimya, biologiya və fizika fənlərindən 7 və 8-ci, coğrafiya fənnindən isə 6 və 7-ci siniflərdə yeni kurikulum standartları əsasında hazırlanmış dərsliklər istifadəyə verilmişdir. Bu dərsliklər məzmun və yeni terminlərin işlənməsi baxımından əvvəlki nəşrlərdən tamamilə fərqlidir. Ona görə də həmin dərsliklərin yeni nəşrləri ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

Qeyd 5. Cari tədris ilində respublikanın ümumtəhsil müəssisələrinin 6-cı siniflərində “Azərbaycan tarixi” və “Ümumi tarix” fənlərindən yeni dərsliklər istifadəyə verilmişdir. Bu dərsliklər məzmun baxımından əvvəlki nəşrlərdən müəyyən qədər fərqlidir. Ona görə də həmin dərsliklərin yeni nəşrləri ədəbiyyat siyahısına daxil edilməyib və müvafiq mövzulardakı materiallarda dərsliklərin əvvəlki nəşrlərinə istinad ediləcək. Həmin mövzulara dair materiallarla (Azərbaycan və rus dillərində) aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

Qeyd 6. Respublikanın ümumtəhsil müəssisələrinin 5-cı siniflərində istifadədə olan “Azərbaycan dili” dərsliyindən çıxarılmış, lakin vacibliyi nəzərə alınaraq qəbul imtahanı proqramında saxlanılmış feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli) mövzusu ilə aşağıda qeyd olunan keçiddən istifadə etməklə tanış olmaq olar.

Feilin şəkilləri (xəbər şəkli, xəbər şəklində olan feilin zamana və şəxsə görə dəyişməsi, xəbər şəklində olan feillərin yazılışı və tələffüzü, əmr şəkli, arzu şəkli, vacib şəkli, lazım şəkli, şərt şəkli)

Qeyd 7. Respublikanın ümumtəhsil müəssisələrinin 5-ci siniflərində ədəbiyyat fənninin tədrisi vaxtilə iki (variativ) dərslik əsasında aparıldığı üçün həmin sinif üzrə tapşırıqlar dərsliklərdə əksini tapan nəzəri biliklərin tətbiqi ilə bağlı olacaq.

Qeyd 8. Qəbul imtahanında ədəbiyyat fənnindən “Həmzənin Qıratı qaçırması” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “İskəndərnamə”, M.Füzulinin “Leyli və Məcnun”, C.Məmmədquluzadənin “Anamın kitabı”, C.Cabbarlının “Oqtay Eloğlu”, S.Vurğunun “Vaqif”, İ.Əfəndiyevin “Xurşidbanu Natəvan” əsərlərinin dərsliklərdə verilməyən, lakin oxunması tövsiyə edilən hissələri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərin müvafiq hissələri ilə buradan tanış olmaq olar.

Qəbul imtahanında ədəbiyyat fənnindən həmçinin “Xan sarayı” əfsanəsi, “Çahargah əfsanəsi”, “Ağıllı uşaq” nağılı, “Basatın Təpəgözü öldürdüyü boy” (“Kitabi-Dədə Qorqud” dastanından), “Düratın itməyi” qolu (“Koroğlu” eposundan), N.Gəncəvinin “Yaralı bir uşağın dastanı”, İ.Krılovun “Ağac”,  S.Əhmədlinin “Dərs”, Z.Xəlilin “Zeynalabdin”, C. Novruzun “Mən bizim anaları günəşlətən tuturam”, B.Vahabzadənin “Vətəndaş” və M.Hüseynin “Odlu qılınc” əsərləri üzrə tapşırıqlardan da istifadə olunur. Həmin əsərlərlə buradan tanış olmaq olar.

Qeyd 9. На вступительных экзаменах по литературе планируется использование тестовых заданий по произведениям (М. Физули. Газель “Я скован, я пленён…”, М.П. Вагиф. Гошма “Байрам”, М.Ш. Вазех. Стихотворение “Высокая ростом, стройная телом …”, Х.Натаван. "Фиалка", С. Вургун. Гошма “Горы”, М.Дж. Пашаев. Рассказы “Правила приличия”, “Сирота”, М. Мушфиг. Стихотворение “Мама”, Р. Рза. Стихотворение “Карабах”, Н. Рафибейли. Стихотворение “Утро”, Г. Аббасзаде. Рассказ “Чужие” (из цикла “Той победной весной”), Б. Вагабзаде. Стихотворение “Вот здесь, по эту сторону Аракса…”, С. Рустамханлы. Отрывок из поэмы “Возвращение в Карабах”, Г.Р. Державин. Ода “Властителям и судиям”, А.С. Пушкин. Повесть “Капитанская дочка”, стихотворения “К Чаадаеву”, “К**” (“Я помню чудное мгновенье…”), Ф.И. Тютчев. Стихотворение “Не то, что мните вы, природа…”, М.Ю. Лермонтов. Стихотворения “Бородино”, “К” (Я не унижусь пред тобою…), “Родина”, поэма “Беглец”, И.С. Тургенев “Русский язык”, Л.Н. Толстой. Рассказ “Кавказский пленник”, А.А. Блок. Стихотворение “О, я хочу безумно жить…”, С.А. Есенин. Стихотворение “Отговорила роща золотая…”, В.В. Маяковский. Стихотворение “Необычайное приключение…”, А.А. Ахматова. Стихотворение “Я научилась просто, мудро жить…”, А.Т. Твардовский. Поэма “Василий Тёркин”, И.П. Третьяков. Рассказ “Бывают минуты…”, О. Хайям. Рубаи (“Книга жизни моей перелистана…”, “Мы источник веселья…”, “Принеси заключённый в кувшине рубин…”, “Поутру просыпается роза моя…”, “Нет ни рая, ни ада…”), Х. Ширази. Газель “Ветер нежный, окрылённый, благовестник красоты...”, О.Генри. Новелла “Последний лист”, Ч. Айтматов. Повесть “Лицом к лицу”). Вы можете ознакомиться с этими произведениями, перейдя по ссылке.

Qeyd 10. Təqdim edilmiş proqramlar “Abituriyent” jurnalının birinci sayında dərc olunacaq. Jurnalda imtahanlarda fənlər üzrə mənimsənilmə səviyyəsinin yoxlanılması və qiymətləndirilməsi mümkün olan seçilmiş altstandartlar, imtahan modelinə uyğun tapşırıq nümunələri və qiymətləndirmə meyarları da dərc ediləcək.

Şərhlər

Xəbər lenti

25 sentyabr, 15:12

"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır

25 sentyabr, 15:04

Elçin Mirzəbəyli: “Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

25 sentyabr, 15:02

Dərsliklərlə bağlı məsələlər parlamentdə müzakirəyə çıxarılacaq

25 sentyabr, 14:59

"Şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var" – Milət vəkili

25 sentyabr, 14:40

Elçin Mirzəbəyli: “Təhsil nə qədər var, problem də olacaq” – MÜSAHİBƏ

25 sentyabr, 14:39

Gələcəyin sənayesi üçün universitetlərin potensialı gücləndirilir

25 sentyabr, 14:02

Elm və təhsil nazirinin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

25 sentyabr, 13:21

Şərqi London Universiteti Bakıda filial aça bilər

25 sentyabr, 13:03

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

25 sentyabr, 13:02

Sinqapurlu prorektor: Süni intellektin tədrisdə istifadəsini düşünməliyik

25 sentyabr, 12:37

“Azərbaycan təhsildə keyfiyyət təminatı sahəsində ciddi irəliləyiş göstərib” – Olgun Çiçek

25 sentyabr, 12:20

Kristin Ozden: Tələbələr vaxt və məkan məhdudiyyəti olmadan öyrənə bilməlidirlər

25 sentyabr, 12:19

“THE Avrasiya Universitetləri Sammiti” öz işini panel müzakirələrlə davam etdirir

25 sentyabr, 12:10

Antonio Quttereş: Texnologiya ağamız deyil, xidmətçimiz olmalıdır

25 sentyabr, 11:59

“Yüksək nəticəni xüsusi hazırlıqsız da toplaya bilərsən” – MİQ-in müsahibəsində maksimal bal toplayanlar

25 sentyabr, 11:14

Süni intellekt uşaqların analiz qabiliyyətini zəiflədirmi? – Şərh

25 sentyabr, 11:02

Rüfət Əzizov: Dayanıqlılıq universitetlərin strateji planlaşdırmasının rutin elementi olmalıdır

25 sentyabr, 10:54

Olgun Çiçek: Ali məktəblərin rəqabətdən əməkdaşlığa keçidi vacibdir

25 sentyabr, 10:47

BMU Şandonq Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir

25 sentyabr, 10:36

Fil Bati: Elmi işlərin nüfuzunu yalnız sadə istinad sayı ilə ölçmək dövrü bitib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.