
UNEC-in Rəqəmsal İqtisadiyyat fakültəsinin III kurs tələbəsi, “Kompüter elmləri” ixtisasında təhsil alan Aşurbəy Məmmədzadənin rəhbərlik etdiyi “VerseTech” komandası İstanbulda keçirilən dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı “2TEKNOFEST–2025”in finalında xüsusi nominasiyaya layiq görülüb.
“Azərbaycan müəllimi” xəbər verir ki, komanda “En iyi komanda ruhu” mükafatı ilə təltif olunub. 35 komanda arasında fərqlənən “VerseTech” yalnız innovativ ideyaları ilə deyil, həm də güclü komanda ruhu ilə seçilib.
Qeyd edək ki, builki festivalda 96 ölkədən və Türkiyənin bütün vilayətlərindən 1,1 milyondan çox iştirakçı və 565 mindən artıq komanda müraciət edib, onların yalnız 13 min komandası finala yüksəlib.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər