Bütün xəbərlər
24 sentyabr, 17:25

22–27 sentyabr 2026-cı il tarixində Çin Xalq Respublikasının Şanxay şəhərində keçiriləcək kibertəhlükəsizlik üzrə “WorldSkills Şanxay 2026” beynəlxalq yarışının seçim mərhələsinə start verilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, 89 ölkədən 1000-dən çox iştirakçı və ekspertin bir araya gələcəyi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması məqsədilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi hazırlıq prosesinə start verib.

Azərbaycanın beynəlxalq arenada uğurla təmsil olunması məqsədilə “WorldSkills Azərbaycan” çərçivəsində kibertəhlükəsizlik üzrə bütün tədbrilər İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində həyata keçiriləcək. Bu istiqamətdə fəaliyyətlər qeydiyyat, seçim və yarışmaya hazırlıq prosesini əhatə edəcəkdir.

Yarış günlərinə qədər 25 yaşı tamam olmayan, “intermediate” səviyyəsində texniki ingilis dili biliklərinə malik, kibertəhlükəsizlik sahəsində təhsil alan və ya bu sahədə fəaliyyət göstərən gənc mütəxəssislər müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər.

Qeydiyyatdan keçən namizədlər üçün Birinci tur (First Round CTF), yarımfinal (Semi-Final CTF), və final (Final CTF) olmaqla 3 mərhələli CTF (Capture The Flag) yarışı keçiriləcək. Hər mərhələ fərqli tarixlərdə baş tutacaq. Finala yüksələn 5 komanda (hər komanda üzrə 2 nəfər olmaqla) intensiv hazırlıq mərhələsinə dəvət olunacaq və sözügedən sahənin aparıcı mütəxəssisləri tərəfindən xüsusi təlimlər alacaqlar.

Qeyd edək ki, sözügedən tədbir yerli təhsil, iqtisadiyyat, turizm və beynəlxalq əlaqələrin inkişafı baxımından dəyərli imkanlar yaradacaq, həmçinin mədəniyyətlərarası mübadilənin təşviqinə töhfə verəcək. İştirakçılar müxtəlif texniki və peşə sahələri üzrə bacarıqlarını nümayiş etdirərək texniki bilik mübadiləsinə dəstək göstərəcəklər.

Son qeydiyyat tarixi: 24 oktyabr 2025-ci il

Qeydiyyat üçün link: https://bit.ly/WorldSkills-Azerbaijan-Competition

Şərhlər

Xəbər lenti

25 sentyabr, 15:29

Millət vəkili: "TikTok" həyatın dibidir

25 sentyabr, 15:12

"Elm haqqında" Qanunda dəyişiklik edilməsi istiqamətində iş aparılır

25 sentyabr, 15:04

Elçin Mirzəbəyli: “Distant təhsillə bağlı dəyişiklik zərurətdir”

25 sentyabr, 15:02

Dərsliklərlə bağlı məsələlər parlamentdə müzakirəyə çıxarılacaq

25 sentyabr, 14:59

"Şəxsiyyət yetişdirilməsi prosesində boşluqlar var" – Milət vəkili

25 sentyabr, 14:40

Elçin Mirzəbəyli: “Təhsil nə qədər var, problem də olacaq” – MÜSAHİBƏ

25 sentyabr, 14:39

Gələcəyin sənayesi üçün universitetlərin potensialı gücləndirilir

25 sentyabr, 14:02

Elm və təhsil nazirinin Gədəbəydəki vətəndaş qəbulunun vaxtı dəyişdirilib

25 sentyabr, 13:21

Şərqi London Universiteti Bakıda filial aça bilər

25 sentyabr, 13:03

MDU 10 ixtisas üzrə 20-dən çox təşkilat və qurumla əməkdaşlıq edir

25 sentyabr, 13:02

Sinqapurlu prorektor: Süni intellektin tədrisdə istifadəsini düşünməliyik

25 sentyabr, 12:37

“Azərbaycan təhsildə keyfiyyət təminatı sahəsində ciddi irəliləyiş göstərib” – Olgun Çiçek

25 sentyabr, 12:20

Kristin Ozden: Tələbələr vaxt və məkan məhdudiyyəti olmadan öyrənə bilməlidirlər

25 sentyabr, 12:19

“THE Avrasiya Universitetləri Sammiti” öz işini panel müzakirələrlə davam etdirir

25 sentyabr, 12:10

Antonio Quttereş: Texnologiya ağamız deyil, xidmətçimiz olmalıdır

25 sentyabr, 11:59

“Yüksək nəticəni xüsusi hazırlıqsız da toplaya bilərsən” – MİQ-in müsahibəsində maksimal bal toplayanlar

25 sentyabr, 11:14

Süni intellekt uşaqların analiz qabiliyyətini zəiflədirmi? – Şərh

25 sentyabr, 11:02

Rüfət Əzizov: Dayanıqlılıq universitetlərin strateji planlaşdırmasının rutin elementi olmalıdır

25 sentyabr, 10:54

Olgun Çiçek: Ali məktəblərin rəqabətdən əməkdaşlığa keçidi vacibdir

25 sentyabr, 10:47

BMU Şandonq Texnologiya Universiteti ilə əməkdaşlığını genişləndirir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.