Xəbər lenti

9 oktyabr, 19:52

Peşə təhsili müəssisələrində “bootcamp”lara start verilib

9 oktyabr, 19:47

Sənaye və Texnologiya Kollecinə yeni direktor təyin edilib

9 oktyabr, 19:41

Bərdə rayonu üzrə təhsil sektoruna yeni müdir təyin edilib

9 oktyabr, 17:56

Peşə mərkəzinin tələbəsi beynəlxalq yarışda uğur qazanıb

9 oktyabr, 17:54

ADNSU-nun rektoru təqaüdə çıxan müəllimlərlə görüşüb

9 oktyabr, 17:28

Valideynlərin diqqətinə: Qrip əleyhinə peyvəndlənmə prosesi başlayıb

9 oktyabr, 17:02

Kolleclərə qeydiyyat prosesi uzadılıb

9 oktyabr, 16:50

Məktəb və bağçalarda üztanıma sistemi tətbiq olunacaq – YENİLİK

9 oktyabr, 16:27

Vətən müharibəsi iştirakçıları məktəblilərlə görüşüblər

9 oktyabr, 16:22

Gələcək təhsil liderlərinin mentorluq proqramı başlayır

9 oktyabr, 15:48

Gənc mühəndislərin ixtirası: Görməyənlər üçün “görən” eynək

9 oktyabr, 15:39

Qobu məktəbliləri Sumqayıtın sahilyanı ərazisini təmizləyiblər

9 oktyabr, 15:09

Ədəbiyyat üzrə Nobel mükafatı laureatının adı açıqlandı

9 oktyabr, 15:02

“Peerstack Academy”də 3-cü kohort üzrə ilk dərs keçilib

9 oktyabr, 14:48

Paytaxt məktəbində bir ilk: QR kitabxana yaradılıb

9 oktyabr, 14:48

Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasında yeni istiqamət

9 oktyabr, 14:31

Fizika İnstitutunda su ehtiyatlarının idarə olunmasına dair görüş keçirilib

9 oktyabr, 14:27

“Dünyanı dəyişən gənclər” – Qarabağ Universitetinin tələbələrinin təəssüratları

9 oktyabr, 14:20

İqlim dəyişikliyinin təhsil sisteminə təsiri: Çağırışlar və həll yolları

9 oktyabr, 13:46

Bakı Avrasiya Universitetində "Miqrasiya qaydaları"mövzusunda tədbir keçirilib 

Pedaqoji yazılar

Daha çox göstər
Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasında yeni istiqamət
9 oktyabr, 14:48

Azərbaycan elminin beynəlxalq elmi mühitə inteqrasiyasında yeni istiqamət

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə dünyanın ən qədim və nüfuzlu akademik nəşriyyatlarından biri olan Kembric Universiteti Nəşriyyatı (“Cambridge University Press”) arasında imzalanmış əməkdaşlıq razılaşması milli elmi sistemin beynəlxalq elmi kommunikasiya məkanına inteqrasiyasında yeni mərhələ kimi dəyərləndirilə bilər. Bu razılaşma çərçivəsində ölkədə fəaliyyət göstərən bütün alim və tədqiqatçılara növbəti üç il müddətində “Cambridge University Press” nəşriyyatının 422 yüksək impakt faktorlu, hibrid və “qızıl” açıq əlçatanlıq ("Open Access") jurnallarında limitsiz sayda ödənişsiz elmi məqalə dərc etmək imkanı təqdim olunur.Sözügedən təşəbbüs təkcə texniki və maliyyə xarakterli bir güzəşt kimi deyil, həmçinin Azərbaycan elminin qlobal elmi mühitdə rəqabətqabiliyyətini yüksəldən sistemli və strateji qərar kimi qiymətləndirilə bilər. Müasir elmi fəaliyyətin qlobal məntiqi kontekstində bilik istehsalının dəyəri onun yalnız lokal elmi məkanla məhdudlaşmaması, eyni zamanda beynəlxalq bilik dövriyyəsinə inteqrasiya olunma dərəcəsi və digər tədqiqatlarla qarşılıqlı elmi əlaqələr yaratmaq qabiliyyəti ilə müəyyən olunur. Bu baxımdan “Cambridge University Press” kimi yüksək reputasiyalı nəşriyyatın platformalarında Azərbaycan tədqiqatçılarının elmi nəticələrinin təqdim edilməsi milli elmin qlobal elmi məkanlarda tanınma səviyyəsinin və istinad indekslərinin yüksəldilməsi baxımından mühüm elmi mərhələ kimi xarakterizə oluna bilər.Qeyd etmək lazımdır ki, “Scopus” və “Web of Science” (WoS) kimi dünya elminin aparıcı istinad bazalarında indekslənən elmi jurnallarda açıq əlçatanlıq prinsipi əsasında məqalələrin dərc olunması xərcləri, adətən, minlərlə manat həcmində ödənişlərlə müşayiət olunur. Belə bir kontekstdə Azərbaycan tədqiqatçılarının bu ödənişlərdən azad edilməsi elmi fəaliyyətin maliyyə məhdudiyyətlərini aradan qaldıraraq bilik istehsalında inklüzivliyi və elmi iştirak bərabərliyini təmin edən mühüm institusional mexanizm kimi dəyərləndirilə bilər.Əməkdaşlıq təkcə fərdi səviyyədə elmi nəticələrin paylaşılması ilə məhdudlaşmır, həm də institusional və sistem səviyyəsində elmi infrastrukturun gücləndirilməsinə yönəlmiş çoxşaxəli təsirə malikdir. Razılaşmaya əsasən, ölkənin 140 elmi və ali təhsil müəssisəsinə “Cambridge University Press” jurnallarına müddətsiz oxu və istifadə imkanı təqdim edilməsi milli elmi sistemdə bilik resurslarına bərabər çıxışın təmin olunması baxımından strateji əhəmiyyət daşıyır. Bu, təkcə elmi informasiya təminatının keyfiyyətinin yüksəlməsi deyil, həm də regionlararası elmi potensialın balanslaşdırılması, ali təhsil müəssisələrinin elmi resurs bazasının optimallaşdırılması və elmi fəaliyyətin coğrafi mərkəzləşmədən azad olması baxımından önəmlidir.Bu razılaşma eyni zamanda Azərbaycan elmi siyasətinin bilik iqtisadiyyatı və açıq elm prinsipləri ilə uyğunlaşmasının konkret təzahürü kimi dəyərləndirilə bilər. Açıq elmin ("Open Science") müasir konsepsiyası tədqiqat prosesinin bütün mərhələlərində – bilik istehsalı, paylaşımı və tətbiqi zəncirində şəffaflıq, əlçatanlıq və əməkdaşlıq prinsiplərinin təmin edilməsini nəzərdə tutur. “Cambridge University Press” kimi yüksək təsirli beynəlxalq nəşriyyatlarla əməkdaşlıq bu prinsiplərin milli elmi praktikalarda tətbiqini stimullaşdırmaqla, Azərbaycan elminin bilik əsaslı inkişaf modelinə keçidini dəstəkləyir və milli elmi potensialın qlobal elmi mühitə inteqrasiyasını gücləndirir.Eyni zamanda, bu təşəbbüs elmi etikanın, metodoloji dəqiqliyin və keyfiyyət mədəniyyətinin təşviqi baxımından da mühüm əhəmiyyət kəsb edir. Yüksək impakt faktorlu jurnallarda məqalələrin dərc prosesi tədqiqatçılardan yalnız elmi yenilik tələb etmir, həm də beynəlxalq səviyyədə qəbul olunmuş akademik davranış normalarına və elmi yazı standartlarına uyğunluğu tələb edir. Bu, ölkə üzrə tədqiqat mədəniyyətinin inkişafına, gənc alimlər və doktorantlar arasında beynəlxalq elmi kommunikasiya bacarıqlarının formalaşmasına və elmi fəaliyyətin keyfiyyətinin yüksəlməsinə şərait yaradır.Son illərdə ölkədə həyata keçirilən elmi islahatlar – tədqiqat universitetlərinin formalaşdırılması, elmi nəticələrin kommersiyalaşdırılması, beynəlxalq elmi əməkdaşlıq platformalarında iştirak və elmi göstəricilərin beynəlxalq reytinq sistemlərinə inteqrasiyası milli elmi sistemin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. “Cambridge University Press” ilə əldə olunan razılaşma bu transformasiyanın məntiqi davamı kimi elmi biliklərin açıq dövriyyəsi, elmi məhsuldarlığın yüksəldilməsi və qlobal elmi əməkdaşlıqların genişləndirilməsi istiqamətində fundamental baza yaradır.Bu çərçivədə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə “Cambridge University Press” arasında qurulan əməkdaşlıq milli elmin beynəlxalq sistemdə mövqelərinin gücləndirilməsinə, bilik əsaslı iqtisadiyyatın inkişafına və Azərbaycan tədqiqatçıları üçün qlobal elmi diskursda daha fəal iştirakına şərait yaradan strateji və transformativ təşəbbüs kimi qiymətləndirilir.Xalidə HÜSEYNZADƏAzərbaycan Respublikasının Təhsil İnstitutunun doktorantı, Elm və Təhsil Nazirliyinin əməkdaşı

Məktəbəqədər təhsildə alternativ yanaşma – “Təhsil saatı” - #CANLI

Yüklənir

Məktəbəqədər təhsildə alternativ yanaşma – “Təhsil saatı” - #CANLI

9 oktyabr, 05:31
📌🖇️ I sinfə qəbulda son fürsət: Boş qalan yerlərə seçim başladı! #keşfet #news #qebul #seçim

Yüklənir

📌🖇️ I sinfə qəbulda son fürsət: Boş qalan yerlərə seçim başladı! #keşfet #news #qebul #seçim

8 oktyabr, 21:01
📢“Məktəblilərarası Milli #Hakaton – 2025”in #yarımfinal mərhələsi start götürüb.

Yüklənir

📢“Məktəblilərarası Milli #Hakaton – 2025”in #yarımfinal mərhələsi start götürüb.

Regionlardan seçilmiş şagirdlər #innovativ ideyaları ilə gələcəyin texnologiyalarını formalaşdırırlar.Yaradıcılıq, komanda işi və ...

8 oktyabr, 21:01
📌🖇️#Müəllimlər üçün yeni müsabiqə elan edildi

Yüklənir

📌🖇️#Müəllimlər üçün yeni müsabiqə elan edildi

8 oktyabr, 18:49

Populyar xəbərlər

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə
7 oktyabr, 14:47

Övladınız dərs oxumursa, bunları edin! – Psixoloqdan tövsiyə

Bir gün 24 saatdır və bu hamıya bərabər verilən sərvətdir. Uğur qazananlar da, geri qalanlar da bu eyni vaxt çərçivəsində yaşayır, fəaliyyət göstərirlər. Fərq isə onun necə idarə olunmasındadır.Gözümüzü açırıq vaxtın bir göz qırpımında başa çatdığını görürük. Bir neçə ay əvvəldən qurduğumuz planlara o zaman hələ tezdir desək də, artıq gerçəyə dönmək üçün növbədədir. Və bu vaxt çatışmazlığını xüsusilə şagirdlər öz gündəlik həyatlarında daha çox hiss edirlər. Dərslər başlayıb, bir tərəfdən məktəbin tələbləri, digər tərəfdən hazırlıqlar, test kitabları və kurslar. Hələ ailə ilə, dostlarla vaxt keçirmək,sosial medianı izləməyi demirik. Bu qədər işin arasında şagirdin özünü itirmədən necə motivasiyasını artırmaq və zamanı onun xeyrinə necə səmərəli idarə etmək olar?“Azərbaycan müəllimi” “Psixoloq deyir ki…” rubrikası çərçivəsində mövzu ilə bağlı Psixologiya Elmi-Tədqiqat İnstitutunun Psixoloji Xidmət və Reabilitasiya Mərkəzinin direktoru psixoloq Zeynəb Əliyevanın fikirlərini öyrənib.Bugünkü uşaqların gündəlik həyatında diqqət yayındırıcı faktorlar varPsixoloq deyir ki, zaman həyatımızın ən dəyərli sərvətidir. Onu necə idarə etdiyimiz, ondan nə qədər səmərəli istifadə olunması gələcək uğurlarımızın açarıdır. Bu, təkcə şagirdin deyil, həm də ailənin və məktəbin birlikdə daşıdığı bir məsuliyyətdir. Və bu məsələ hazırda ən aktual problemlərdən biridir və bir sıra səbəbləri var. Şagirdlərin dərsə qarşı motivasiyasının azalmasının kökündə sadəcə tənbəllik və ya məsuliyyətsizlik dayanmır: “Burada həm ailə mühitinin, məktəbin yanaşmasının, həm də uşağın psixoloji ehtiyaclarının birlikdə rol oynadığını görürük. İlk növbədə, bugünkü uşaqların gündəlik həyatında çox sayda diqqət yayındırıcı faktorlar var ki, bunlara misal olaraq telefonları, sosial medianı,oyunları göstərə bilərəm. Adlarını çəkdiklərim sürətli zövq verən vasitələrdir, dərs isə səbir və zaman tələb edən bir prosesdir. Əgər uşaq dərsdə “niyə öyrənirəm?” sualına cavab tapa bilmirsə, motivasiya orada artıq zəif olur. Yəni motivasiyanın azalması çox vaxt dərsdən uzaqlaşmaq istəyi yox, dərsin uşaq üçün mənasız görünməsindən qaynaqlanır”.“Oxumasan, bu həyatda heç nəyə nail olmayacaqsan deməkdənsə…”Psixoloqun sözlərinə görə, bu məsələdə ailənin də rolu var. Belə ki, valideynlər düzgün yanaşmanı bacarsalar daha rahat şəkildə problemi həll etmiş olarlar. Onlar bəzən yalnız nəticəyə fokuslanırlar. Məsələn, “qiymət necə oldu?”, “uşaq dərsi oxuyur, ya yox?”. Ata-analar unudurlar ki, nəticəyə aparan yol emosional dəstək və anlayışdan keçir. Əgər bir uşaq özünü evdə başa düşülmüş, qəbul olunmuş və dəyərli hiss etmirsə, o, dərsə fokuslana bilmir.Həmsöhbətimiz tövsiyə edir ki, valideynlər gündəlik nəzarətçi deyil, tərəfdaş rolunda olsunlar. Uşağın plan qurmasına yardım etsinlər, amma onun əvəzinə qərar verməsinlər. “Oxumasan bu həyatda heç nəyə nail olmayacaqsan” kimi hədə-qorxulu cümlələr əvəzinə, “gəlin birgə plan quraq”, “sən nə vaxt daha yaxşı oxuya bilirsən?” tipli suallarla onlara yanaşsalar daha uğurlu nəticə əldə edərlər. Valideynlər övladlarına təzyiq yox dəstək olmalıdırlar, onlarda motivasiyanı daxildən formalaşdırmağa kömək, gündəlik planlaşdırma vərdişinə təşviq etməlidirlər. Uşaqların dərslə, əlavə hazırlıqla yüklənmələrinin qarşısını almaq üçün balanslı gündəlik (dərs+istirahət+şəxsi vaxt) yaradılmalıdır: “Oxu ki, həkim olasan” deməkdənsə, onun öz maraqlarını və məqsədlərini tapmasına yardım edin. Uğur gözləntilərinizi deyil, onun qabiliyyətini və maraqlarını əsas götürün. Səhvlərinə görə tez tənqid etməyin. Bunun yerinə səylərini qiymətləndirin: Məsələn, ona “Əhsən, bu gün özün dərslərini vaxtında başladın öyrənməyə və bu böyük irəliləyişdir!” deyə bilərsiniz. Bir psixoloq olaraq demək istərdim ki, uşaqlar özlərini başqaları ilə müqayisə etməsinlər. Hər bir insanın öyrənmə sürəti və maraq sahəsi fərqlidir. Əgər hansısa fəndən çətinlik çəkirlərsə bu, onların “zəif” olmasını deyil, bu, sadəcə həmin sahədə başqa bir yanaşma ilə işləməklərinə ehtiyac olduğunu göstərir.Yeniyetmələr o qədər yüklənirlər ki, bu onlarda tükənmişlik hissi yaradırZeynəb Əliyeva bildirir ki, xüsusilə yuxarı sinif şagirdləri üçün motivasiya problemi daha kəskin və kompleks formada özünü göstərir. Yeniyetmələr həm ali məktəbə hazırlıq, həm də gələcək karyera ilə bağlı ciddi qərarlar vermək məcburiyyətində qalırlar. Zaman çatışmazlığı və planlama problemləri onlar üçün daha xarakterikdir. Bu isə onların üzərində həm daxili, həm də xarici təzyiqin artmasına səbəb olur. Butün bunlar bir sıra problemlərdən qaynaqlanır ki, onlardan biri də düzgün vaxt bölgüsünün olmamasıdır. Yeniyetmələr hazırlıqlar, məktəb tapşırıqları, sınaqlarla və bəzən əlavə dərslərlə o qədər yüklənirlər ki, bu onlarda tükənmişlik hissi yaradır. Vaxtı necə bölməli olduqlarını bilmədikləri üçün ya hər şeydən qaçmaq istəyirlər, ya da yalnız bir istiqamətə fokuslanırlar: “Bu yaşda çoxları hələ nə istədiklərinə tam qərar verməyiblər. “Hansı fakültəyə gedim?”, “Bu mənə uyğun olacaqmı?”, “Valideynlərimin istədiyi istiqamət mənim maraqlarıma uyğundurmu?” kimi suallar cavabsız qalanda motivasiya da qeyri-sabit olur. Məqsəd aydın olmayanda isə istənilən iş yorucu və mənasız görünür. X-XI sinif şagirdləri yaşıdları ilə müqayisə edilməyə daha həssas olurlar, həm də imtahan uğursuzluğunun həyatı məhv edəcəyi kimi qəlibləşdirilmiş fikirlərlə böyüyürlər. Bu da onların özlərinə qarşı inamını sarsıdır və motivasiyanı azaldır. Sadəcə dərs və imtahana yönəlmiş həyat tərzi bir müddətdən sonra ruh düşkünlüyü yaradır. Bu yaşda uşaqlar həm də sosiallaşmaq, maraqlarını kəşf etmək və özlərini ifadə etmək ehtiyacındadırlar. Həyat təkcə dərs deyil və bu balansın qurulmasına kömək etmək vacibdir”.Həmsöhbətimiz onu da əlavə edir ki, bu zaman vaxtın düzgün idarə edilməsi üzrə fərdi dəstək verilməlidir. Yeniyetmələrə konkret və real planlama üsulları öyrədilməlidir. Məsələn, onlar “Pomodoro” texnikası, həftəlik hədəf siyahısı, prioritet sıralama, kimi sadə, amma effektli metodlardan istifadə edə bilərlər.Həmçinin motivasiya üçün məqsəd tapmağa kömək olunmalıdır. Hədəflərini daha konkretləşdirmək məqsədilə peşə yönümlü testlər, real həyatdan nümunələr və fərdi maraqlar əsasında istiqamət göstərmək faydalıdır. Motivasiya daimi hiss deyil. O gəlir və gedir. Amma məqsəd və vərdiş varsa, motivasiya olsa da, olmasa da irəliləmək mümkündür. Ona görə də şagirdlər öz məqsədlərini müəyyənləşdirməli, nə üçün oxuduqlarını, bu onlara gələcəkdə nə qazandıracaq? kimi sualların cavabını tapanda motivasiya da daha dayanıqlı olur.Eyni zamanda vaxtı bölməyi və hər şeyə böyük iş kimi baxmamağı öyrənmək lazımdır. Böyük dərsi kiçik hissələrə bölmək, özünə real hədəflər qoymaq çox kömək edir. Valideyn və müəllimlər daha çox emosional dəstək verməlidirlər. Bu yaşda təzyiq deyil, anlayış və bərabər müzakirə önəmlidir.Müəllim sadəcə proqramı keçmək məqsədilə dərsə yanaşırsa, uşaq özünü passiv hiss edirPsixoloq söyləyir ki, bununla bağlı məktəb və müəllimin də üzərinə bir sıra öhdəliklər düşür. Onun sözlərinə görə, məktəbdə müəllim yalnız bilik verən deyil, eyni zamanda uşağın məktəblə emosional bağını quran əsas fiqurdur. Əgər müəllim sadəcə proqramı keçmək məqsədilə dərsə yanaşırsa, uşaq özünü passiv hiss edir və dərsə marağını itirir.Müəllimlər çalışmalıdır ki, dərsi həyatla əlaqələndirsinlər. Məsələn, bir riyaziyyat mövzusunu gündəlik həyatda necə istifadə olunduğunu göstərmək, ya da tarixi müasir hadisələrlə əlaqələndirməklə şagirdlərdə maraq oyatsalar, daha çox uğur əldə edilər. Bundan əlavə, məktəbdə vaxtın düzgün planlaşdırılması üçün uşaqlara bu bacarığın öyrədilməsi vacibdir. Bu sadəcə tapşırıq verməklə bitmir. Uşaqlara plan qurmaq, vaxt bloklarına bölmək, fasilə verməyi düzgün istifadə etmək kimi vərdişlər öyrədilməlidir.İlk növbədə, uşağın özünü dəyərli hiss etməsi təmin olunmalıdırÜmumiyyətlə, bu məsələlərdə sistemli yanaşma vacibdir. Psixoloqun fikrincə, məktəb, valideyn və psixoloqun birgə işləməsi əsas şərtdir.İlk növbədə, uşağın özünü dəyərli hiss etməsi təmin olunmalıdır. Sonra ona planlaşdırma bacarığı öyrədilməlidir. Ardınca isə onu davamlı olaraq müsbət tərəflərdən qiymətləndirmək lazımdır. Əgər biz uşağa “Sən bu sahədə inkişaf etmisən” deyə bilsək, onun motivasiyası artacaq. Tənqid və müqayisə deyil, anlayış və istiqamət göstərmək daha effektlidir. Uğur, yalnız yüksək qiymət deyil, eyni zamanda səylə, çalışmaqla, davamlılıqla ölçülməlidir.Zamanın düzgün idarə olunması, güclü motivasiya və qarşılıqlı anlayış şagirdi uğura aparan ortaq yoldur.

Qəzetin PDF arxivi

Daha çox göstər
04 oktyabr 2025-ci il, № 37 (9143)
6 oktyabr, 10:16

04 oktyabr 2025-ci il, № 37 (9143)

27 sentyabr 2025-ci il, №36 (9142)
29 sentyabr, 09:38

27 sentyabr 2025-ci il, №36 (9142)

20 sentyabr 2025-ci il, №35 (9141)
22 sentyabr, 09:33

20 sentyabr 2025-ci il, №35 (9141)

13 sentyabr 2025-ci il, №34 (9140)
15 sentyabr, 10:33

13 sentyabr 2025-ci il, №34 (9140)

06 sentyabr 2025-ci il, №33 (9139)
8 sentyabr, 14:19

06 sentyabr 2025-ci il, №33 (9139)

30 avqust 2025-ci il, №32 (9138)
1 sentyabr, 09:39

30 avqust 2025-ci il, №32 (9138)

23 avqust 2025-ci il, №31 (9137)
25 avqust, 10:58

23 avqust 2025-ci il, №31 (9137)

16 avqust 2025-ci il, №30 (9136)
18 avqust, 09:39

16 avqust 2025-ci il, №30 (9136)

10 avqust 2025-ci il, №29 (9135)
11 avqust, 10:04

10 avqust 2025-ci il, №29 (9135)

2 avqust 2025-ci il, №28 (9134)
4 avqust, 10:08

2 avqust 2025-ci il, №28 (9134)

26 iyul 2025-ci il, №27 (9133)
28 iyul, 10:12

26 iyul 2025-ci il, №27 (9133)

19 iyul 2025-ci il, №26 (9132)
21 iyul, 10:07

19 iyul 2025-ci il, №26 (9132)

12 iyul 2025-ci il, №25 (9131)
14 iyul, 09:53

12 iyul 2025-ci il, №25 (9131)

07 iyul 2025-ci il, №24 (9130)
7 iyul, 10:49

07 iyul 2025-ci il, №24 (9130)

26 iyun 2025-ci il, №23 (9129)
30 iyun, 10:35

26 iyun 2025-ci il, №23 (9129)

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.