Redaktorun seçimi

Bakıdakı 25 saylı uşaq bağçası ilə bağlı vəziyyət nəzarətə götürülüb

“Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” adlı tədbir keçirilib
.jpeg)
Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ
MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq
.png)
7 il öncə RFO qalibi kimi nazirlə foto çəkdirmişdi, indi isə…

“Cümhuriyyət Maarifçiliyi və Müstəqil Azərbaycanın Təhsil Yolu” adlı tədbir keçirilib

IX siniflərin buraxılış imtahanının nəticələri AÇIQLANDI

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir
Pedaqoji yazılar


Yaşadığı mühit uşağın böyüyüb "kim" olacağına necə təsir edir?

Pedaqoji ünsiyyətin formalaşdırılmasında tərbiyəçi-müəllimin peşə keyfiyyətlərinin rolu

Müasir ailələrdə valideyn nüfuzu və onun uşaq şəxsiyyətinin formalaşmasına təsiri

Riyaziyyat emosiyaları tənzimləyir
Riyaziyyat və zehni sağlamlıq ilk baxışda bir-birindən tamamilə ayrı sahələr kimi görünsə də, onlar arasında dərin və çox vaxt nəzərdən qaçırılan əlaqə mövcuddur. Riyaziyyat adətən məntiqi düşüncə və problem həlli ilə əlaqələndirilir, amma onun zehni rifaha müsbət təsir göstərmək potensialı da var:– Riyazi diqqətlilikYaşadığımız dövrün qayğıları sayəsində diqqətimiz daim yayınır. Fikri riyazi məsələlərə cəmləmək isə diqqətliliyi artıra bilər. Riyaziyyatla məşğul olmaq diqqət tələb etdiyindən bizi mənfi düşüncə və təşviş doğuran xarici amillərdən uzaqlaşdırmağa kömək edir. Riyazi tapşırıqlara və hesablara tam dalmaq insanı sakitləşdirir.Bunu təcrübədə yoxlamaq üçün sudoku həll etmək və ya zehni hesablamalarla məşğul olmaq lazımdır. Diqqəti tamamilə rəqəmlərə və misallara yönəltdikdə bunun sizi “indi və burada” saxlamağa kömək etdiyini müşahidə edəcəksiniz.– Koqnitiv stimulyasiya və beyin sağlamlığıRiyaziyyatı öyrənmək tənqidi düşüncə, problem həlli və məntiqi əsaslandırma tələb edir. Riyazi anlayışlarla mütəmadi məşğul olmaq beyin hüceyrələri arasında əlaqələri gücləndirir və beyin sağlamlığını dəstəkləyir. Bu zehni məşq yaddaşı, diqqət müddətini və ümumi koqnitiv funksiyanı yaxşılaşdırır ki, bunlar da zehni sağlamlıq üçün vacibdir.Beyini çalışdıran riyazi tapşırıqlar və məntiqi suallarla da özünüzü sınaya bilərsiniz. Mütəmadi olaraq sudoku, krosvord və ya məntiq tapşırıqlar həll edin. Onlayn platformalarda və ya riyaziyyat tapşırıqları kitablarında müxtəlif çətinlik səviyyəsində olan suallarla məşğul olun.– Dözümlülük qazanmaqRiyaziyyat çətin məsələ və inadkarlıq tələb edən tapşırıqları ilə məşhurdur. Bu çətinlikləri dəf etmək insanda uğur hissi yaradır və dözümlülüyü gücləndirir. Riyaziyyatla məşğul olarkən inadla irəliləmək, yeni həll yolları axtarmaq və uğursuzluqları öyrənmək fürsəti kimi qəbul etmək bacarığı formalaşır. Bu bacarıqlar bizə gündəlik həyatda da çətinliklərin öhdəsindən gəlməkdə kömək edir.Bunu yoxlamaq üçün anlamaqda çətinlik çəkdiyiniz bir riyazi mövzu və ya məsələ seçin. Onu öyrənmək və həll etmək üçün vaxt ayırın. Müxtəlif mənbələrdən istifadə edərək fərqli yanaşmalar axtarın. Səhvlərdən nəticə çıxarmağı və uğursuzluqlara baxmayaraq davam etməyi vərdişə çevirin. Hər bir kiçik irəliləyişinizi qeyd edin və qiymətləndirin.– Emosional tənzimləməRiyaziyyat bizə emosiyaları tənzimləməyə kömək edən strukturlaşdırılmış və məntiqi bir çərçivə təqdim edir. Emosional baxımdan gərgin anlarda riyaziyyatla məşğul olmaq fikrimizi yayındıraraq özümüzə nəzarəti bərpa etməyə yardım edir. Riyaziyyatın məntiqi təbiəti nizam hissi yaradır, təşvişi və stressi azaldır. Üstəlik, bir məsələni düzgün həll etdikdə əldə edilən məmnunluq əhval-ruhiyyəni yüksəldə və özünə inamı artıra bilər.Özünüzü emosional baxımdan gərgin hiss etdikdə, mental riyaziyyat məşqləri edin. Məsələn, böyük vurma əməliyyatlarını zehində hesablayın və ya mağazada səbətdəki məhsulların ümumi qiymətini təxmin edin. Bu cür hesablamalar düşüncələrinizi yönləndirməyə və daxili sakitlik hissi yaratmağa kömək edə bilər.– Riyazi yaradıcılıqRiyaziyyat yalnız hesablama və düsturlarla məhdudlaşmır – o həm də yaradıcılıq dünyasına qapı açır. Nümunələri araşdırmaq, yeni riyazi anlayışlar inkişaf etdirmək və yaradıcı həll yolları tapmaq xəyal gücü tələb edir. Bu proses insanlarda sevinc, maraq və özünü ifadə etmək hissini artırır – bunlar da zehni rifah üçün vacib amillərdir.Bunu sınamaq üçün təbiətdə və ya sənətdə riyazi nümunələri araşdırın. Riyazi prinsiplərdən istifadə edərək öz həndəsi naxışlarınızı və ya tesselyasiyalarınızı (tesselyasiya - eyni və ya fərqli şəkillərlə bir səthi tam şəkildə örtməkdir-red.) yaradın. Rəqəmlər, fiqurlar və ya alqoritmlər üzərində işləməklə unikallığa nail olun. Riyaziyyatı və yaradıcılığı birləşdirərək xəyal gücünüzü sərbəst buraxın.Duke Universitetinin “Clinical Psychological Science” jurnalı yuxarıda sadalananları təsdiqləyən araşdırma dərc edib. Araşdırmanın nəticələrinə görə, mental riyaziyyat tapşırıqlarının həlli beyinin müəyyən bir hissəsini aktivləşdirir və emosional sağlamlığa daha yaxşı təsir göstərir.Universitetin psixologiya və neyrobiologiya üzrə araşdıma mərkəzində aparılan tədqiqatda göstərilir ki, riyaziyyat vasitəsilə depressiya və təşvişin qarşısını almağa yönəlmiş addımlar atmaq mümkündür. Riyaziyyatla emosiyalar arasındakı əlaqə daha dərindən araşdırılmalı olsa da, əldə olunan son məlumatlar psixoloji terapiyaların effektivliyini qiymətləndirmək üçün yeni testlərin hazırlanmasına səbəb ola bilər.Universitetin psixologiya və neyrobiologiya üzrə professoru Əhməd Hariri bildirib ki, “Tədqiqat qorxu və qəzəb kimi emosiyaları tənzimləmək qabiliyyətinin beyinin real vaxtda riyazi hesablamalar aparmaq bacarığına təsir etdiyinə dair ilk birbaşa sübutları təqdim edir”. Əvvəldən fərqli görünsələr də, “soyuq” riyazi hesablama və “isti” emosiyaların tənzimlənməsi oxşar zehni çeviklik - məlumatları işləmək və yeniləmək qabiliyyəti tələb edir. Tədqiqatçılar uzun müddətdir ki, bu iki proses arasında əlaqə olduğunu düşünürdülər. Hələ də aydın deyil ki, bu beyin bölgəsini riyazi tapşırıqlarla daha çox aktivləşdirmək emosional tənzimləməni yaxşılaşdırır, yoxsa əksinə – emosional bacarıqlar həmin beyin fəaliyyətini artırır. Tədqiqatçılar eyni növ məlumatları daha uzun zaman ərzində toplamağı planlaşdırırlar ki, hansı faktorun əvvəl gəldiyini müəyyən edə bilsinlər.Bütün bu araşdırmalar göstərir ki, riyaziyyat yalnız fənn deyil, gündəlik həyatda daxili tarazlıq tapmağın, zehni çevikliyi artırmağın və emosional çətinliklərin öhdəsindən gəlməyin də açarı ola bilər.Mənbə: “Azərbaycan məktəbi” jurnalı
Təhsil TV

Yüklənir
“E-təhsil” - Ali və orta təhsil üzrə elektronlaşan xidmətlər.
E-təhsil” - Ali və orta təhsil üzrə elektronlaşan xidmətlər. Təhsil TV və Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin birgə ...
23 may, 19:30
Yüklənir
Məleykə Abbaszadədən təklif
Məleykə Abbaszadədən təklif. #TəhsilTV #EduAz #TəhsilEkspertləri #İmtahanNəticələri #ApellyasiyaMüraciətləri.
23 may, 19:00
Yüklənir
Ali məktəbə sənəd verənlərin sayında artım var - DİM sədri
Ali məktəbə sənəd verənlərin sayında artım var - DİM sədri. #TəhsilTV #EduAz #AliMəktəb #DİMSədri #AbituriyentSayı.
23 may, 18:00
Yüklənir
DİM-dən abituriyentlərə ciddi xəbərdarlıq
DİM-dən abituriyentlərə ciddi xəbərdarlıq. #TəhsilTV #EduAz #DİMXəbərdarlıq #AbituriyentlərÜçünQaydalar #Qəbulİmtahanı.
23 may, 17:30
IV sinif şagirdlərinin monitorinqi bu mövzular üzrə olacaq
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) 2025-ci ilin 17 may tarixində keçiriləcək IV sinifdə təhsil alan şagirdlərin tədris dili və riyaziyyat fənləri üzrə monitorinqinin çərçivə sənədini təqdim edib.Bu barədə ARTİ-dən “Azərbaycan müəllimi”nə məlumat verilib. Müvafiq keçidə daxil olmaqla çərçivə sənədi ilə tanış ola bilərsiniz:IV sinif üzrə monitorinq çərçivə sənədi 2025

Monitorinqdən aşağı qiymət alan şagird sinifdə saxlanılacaq?

Bakının ən yaxşı məktəblərinin siyahısı açıqlanıb

IV və VI siniflərdə monitorinq elektron qaydada keçiriləcək

Sertifikatlaşdırma imtahanının vaxtı açıqlandı

Monitorinqlə bağlı valideynlərə ÇAĞIRIŞ

Bu universitet 345 vakansiya elan etdi
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.