Redaktorun seçimi

BSU-da “Autizm Aylığı” çərçivəsində seminar keçirilib

“İmtahanqabağı stres və onun idarə olunması” mövzusunda təlimlər keçirilib

PISA 2025 tədqiqatının əsas mərhələsinin keçirilməsinə başlanılıb

Bu liseyin 134 şagirdi buraxılış imtahanında uğurlu nəticə göstərib
.jpg)
Repetitorsuz uğur qazananlar – Hazırlığa getmədən yüksək balı necə topladılar?

Eldar Aslanov: ADPU-nun professor-müəllim heyətinin orta yaş göstəricisi gəncləşib

AzTU-da Xalq şairi Nəbi Xəzrinin yubileyi qeyd olunub
Pedaqoji yazılar

Riyaziyyatın tədrisində neyropedaqoji yanaşma

“Məktəb uşaqlara doğru gəlməlidir”

Azərbaycanda inklüziv təhsil islahatları: tənqidi təhlil cəhdi

Təhsil islahatlarında dəyişiklik liderliyi

Rəqəmlərin rəngi, notların dadı var
Uşaqların öyrənmə tərzi və ətraf aləmi hiss etmə üsulu bir-birindən fərqlənir. Odur ki, son illərdə pedaqoji araşdırmalarda “sinesteziya” adlandırılan neyropsixoloji haldan çox bəhs olunur. Sinesteziya bir duyğunun başqa bir duyğunu avtomatik və qeyri-iradi işə salması deməkdir. Məsələn, bəzi uşaqlar hərfləri və ya rəqəmləri müəyyən rənglərlə, musiqi sədalarını isə forma və ya dadla əlaqələndirirlər. Bu daha çox məktəbəqədər və ibtidai sinif yaşlarında müşahidə olunur. Belə qeyri-adi qavrayışlar bəzən məktəbdə diqqətdən kənarda qalır. Bu mərhələdə müəllimin dəstəyi və anlayışı çox əhəmiyyətlidir.Tədqiqatlar göstərir ki, sinesteziyalı uşaqlar məlumatı daha yaxşı yadda saxlaya, əlaqələr quraraq öyrənə və abstrakt anlayışları tez mənimsəyə bilirlər. Məsələn, bir uşaq həftənin günlərini rənglərlə assosiasiya etdiyi üçün cədvəli daha tez yadda saxlaya bilər. Bu xüsusiyyətlər uşaqların yaddaş, diqqət və yaradıcılıq qabiliyyətlərini də gücləndirə bilər.Bir sıra Avropa ölkələrində ibtidai məktəblər üçün sinesteziya mövzusunda xüsusi layihələr həyata keçirilir. Bu layihələr uşaqların duyğu orqanlarının bir-biri ilə əlaqələndirilməsinə, yəni bir hissin digər bir hisslə birləşməsinə əsaslanır. Belə layihələrdən bir neçəsinə nəzər salaq:1. İtaliya – “Colore e Musica” (“Rəng və musiqi”) layihəsiİtaliyada bəzi ibtidai məktəblərdə həyata keçirilən layihədə uşaqlara musiqi dinləyərkən hansı rəngləri təsəvvür etdiklərini düşünüb, kağız üzərinə çəkmək tapşırılıb. Məqsəd onların eşitmə və görmə duyğularını əlaqələndirmək olub.2. Almaniya – “Sinesthetic Classrooms” (“Sinestetik siniflər”) layihəsiBu ölkədə sinesteziyanın tətbiqi ilə bağlı eksperimental dərslər keçirilir. Məsələn, hərflərə rənglər təyin edilərək oxu və yazı bacarıqları inkişaf etdirilir. Uşaqlar üçün “rəngli əlifba” hazırlanıb və bu, disleksiyalı uşaqlara yardımçı olur. Bu metodla uşaqlar sözləri daha tez yadda saxlayırlar, çünki hər hərf bir rənglə assosiasiya olunur.3. Finlandiya – “Multisensory Learning through Art” (“İncəsənət vasitəsilə çoxhissiyyatlı öyrənmə”) layihəsiFinlandiyada həyata keçirilən layihədə uşaqlar rəsm çəkərkən ətirlər və səslərlə müşayiət olunan dərslərdə iştirak ediblər. Məqsəd uşaqlarda kreativliyi artırmaq və öyrənməyi əyləncəyə çevirmək olub.4. Fransa – “Colour of Music” (“Musiqinin rəngi”) layihəsiFransada musiqi dərsləri çərçivəsində tətbiq olunan bu layihədə sinesteziya oyunlar formasında təqdim edilib. Hər bir musiqi notuna uyğun rənglər seçmək və ya səslərə uyğun şəkillər çəkmək kimi fəaliyyətlərlə uşaqlar duyğulararası əlaqələri fərdi şəkildə kəşf ediblər.5. Almaniya və Hollandiya –“Synaesthesia and Arts” (“Sinesteziya və incəsənət”) layihəsiBu layihələrdə uşaqlara sinesteziya fenomeni incəsənət vasitəsilə tanıdılıb. Məsələn, musiqi parçasını dinlədikdən sonra uşaqlardan onu hansı rənglərlə təsvir edə biləcəkləri soruşulub. Beləcə, uşaqlar musiqi-rəng əlaqəsini öz fantaziyalarına əsasən qurublar.6. Erasmus+ layihələri çərçivəsində sinesteziyaBəzi Erasmus+ proqramlarında isə sinesteziya müxtəlif Avropa ölkələrinin məktəblərində yaradıcı pedaqogika vasitəsi kimi tətbiq olunur. Bu layihələrdə müəllimlər üçün təlimlər keçirilir, dərs planları hazırlanır və sinesteziya məktəblərdə incəsənət, musiqi, ədəbiyyat və hətta riyaziyyat dərslərində istifadə olunur.Bu cür layihələrin əsas məqsədi uşaqlarda duyğu müxtəlifliyindən istifadə etmək vərdişi formalaşdırmaq, onların yaradıcı düşüncəsini gücləndirmək və özünəməxsus ifadə formalarını kəşf etmələrinə imkan yaratmaqdır.Böyük Britaniyanın Sasseks Universitetinin sinesteziya sahəsində aparıcı mütəxəssisi, tanınmış psixoloq Culia Simnerin araşdırmaları sinesteziyanın nevroloji əsaslarını və təhsildəki rolunu əhatə edir. Bu araşdırmalara əsasən sinesteziya genetik meyillərlə yanaşı, öyrənmə və uşaqlıq təcrübələri ilə də formalaşa bilər. Məsələn, uşaqların oynadıqları oyuncaqlar, rəngli hərflərlə yazılmış kitablar və ya təlim materialları sonradan sinestetik əlaqələrin yaranmasına səbəb ola bilər. Onun fikrincə, müəllimlər sinesteziyalı uşaqlarla işləyərkən onların bu xüsusiyyətlərini tanımalı və bu bacarıqları təlim prosesində düzgün istiqamətləndirməlidirlər. Bu məqsədlə o bəzi tövsiyələr irəli sürür:– Müşahidə və dinləmə: müəllimlər uşaqların qeyri-adi təsvirlərini diqqətlə dinləməli, onların dediklərini təsadüfi saymamalıdırlar. Məsələn, bir uşaq “musiqi sarı rəngdə səslənir” deyirsə, bu, uydurma deyil, real sinestetik təcrübə ola bilər.– İnkişafetdirici tapşırıqlar: rəng, forma, səs və digər hisslərin birgə işlədiyi fəaliyyətlər sinesteziyalı uşaqlar üçün faydalı ola bilər. İnkişafetdirici incəsənət, musiqi və yaradıcı yazı tapşırıqları bu uşaqların daxili dünyasını kəşf etməyə kömək edə bilər.– Fərdi yanaşma: belə uşaqların öyrənmə tərzi fərqli ola bilər. Onlara fərdi öyrənmə strategiyaları təqdim edilməli, bu xüsusiyyətlər çatışmazlıq deyil, üstünlük kimi qiymətləndirilməlidir.– Ailə ilə əməkdaşlıq: müəllimlər valideynlərlə daimi əlaqə saxlamalı, uşağın sinestetik təcrübələrinin ailədə necə qarşılandığı barədə məlumatlı olmalıdırlar. Bəzən ailələr də bu xüsusiyyəti qeyri-adi hesab edərək uşağı susmağa məcbur edirlər.Amerikalı nevroloq, sinesteziya üzrə qabaqcıl tədqiqatçı David Eagleman sinesteziyanın beyinin məlumat emaletmə üsulu ilə bağlı olduğunu vurğulayır. Ona görə, sinesteziya sadəcə “qeyri-adi duyğu” deyil, yaddaş və idrakla sıx əlaqəlidir. Eagleman sinesteziyanı “beyinin əslində bütün hissləri birləşdirərək təcrübə yaratması” kimi izah edir. Onun rəhbərliyi ilə hazırlanmış “Synesthesia Battery” (“Sinesteziya testləri toplusu”) adlı onlayn test vasitəsilə dünyada minlərlə sinestetik identifikasiya olunub. Bu testlər sinesteziyanın müxtəlif növlərini müəyyənləşdirmək və bu sahədə elmi tədqiqatlar aparmaq məqsədilə istifadə olunur. Testlər istifadəçilərin cavablarının və reaksiyalarının sürətini ölçərək sinestetik təcrübələri obyektiv şəkildə qiymətləndirir. Bu testlər həm fərdi istifadəçilər, həm də tədqiqatçılar üçün əlçatandır və nəticələr yalnız istifadəçi və onun icazə verdiyi tədqiqatçılarla paylaşılır. Eyni zamanda, David Eaglemanın müəllifi olduğu “Wednesday is Indigo Blue” (“Çərşənbə indigo mavisi rəngindədir”) adlı kitabda sinesteziyanın neyrobioloji əsasları və fərqli təcrübələri ətraflı şəkildə izah edilir.Sinesteziya bizə duyğular arasında sərhədlərin silindiyi, qavrayışın sərhədsizləşdiyi dünyanı təqdim edir. Bu fenomen nəinki insan beyninin mürəkkəbliyini və möcüzəviliyini nümayiş etdirir, həm də təhsil və incəsənət sahəsində yeni perspektivlər açır. Uşaqlarda yaradıcı düşüncəni və fərqli qavrayış bacarıqlarını inkişaf etdirmək baxımından sinesteziya əsaslı layihələrin tədris proqramlarına daxil edilməsi olduqca önəmlidir. Gələcəyin sinif otaqları məhz belə çoxhissiyyatlı, fərqli yanaşmaları təşviq edən mühitlərlə formalaşacaq. Bu gün sinesteziyanın rəngli yollarında ilk addımlarını atan uşaqlar sabahın yaradıcı və analitik düşüncəli fərdləri olacaq.Mənbə: "Azərbaycan məktəbi" jurnalı
Təhsil TV

Yüklənir
Respublika Fənn Olimpiadalarının final mərhələsi ilə bağlı müzakirə - #CANLI
Respublika Fənn Olimpiadalarının final mərhələsi ilə bağlı müzakirə - #CANLI #TəhsilTV #EduAz #RespublikaFənnOlimpiadaları ...
19 aprel, 05:16
Yüklənir
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Qarabağ Universitetində olublar
18 aprel, 21:49
Yüklənir
"TələbəPlus"la vəsaitin səmərəli istifadəsi
"TələbəPlus"la vəsaitin səmərəli istifadəsi. Ətraflı: https://youtu.be/kJB6wquMxUU #TəhsilTV #EduAz #TələbəPlus ...
18 aprel, 20:02
Yüklənir
Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri | Kimya | DƏRS 22
Təhsilverənlərin sertifikatlaşdırılması dərsləri | Kimya | DƏRS 22 Təhsil TV-də yayımlanan təhsilverənlərin sertifikatlaşdırılması ...
18 aprel, 19:37.jpg)
“İmtahan suallarını asanlıqla yazdım” – Region birincisi
Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbin şagirdi Telman Əsgərov martın 9-da keçirilən buraxılış imtahanında maksimum bal toplayaraq region birincisi adı qazanıb."Azərbaycan müəllimi"nə müsahibəsində istedadlı şagird birinci sinifdən bugünə qədər əlaçı olduğunu deyir. İnformatika, riyaziyyat, Azərbaycan dili fənlərini çox sevən yeniyetmə 3 dəfə Respublika fənn olimpiadalarında iştirak edib. 2023, 2024, 2025-ci illərdə Azərbaycan dili və riyaziyyat fənləri üzrə olimpiadalara qatılan məktəbli final mərhələyə qədər yüksələ bilməsə də, hər birində yarımfinal turuna vəsiqə qazanıb: "Mənə bu müddətdə bütün müəllimlərim çox böyük dəstək olub. Ancaq Azərbaycan dili müəllimim Aytən İslamzadəni xüsusilə qeyd etmək istəyirəm. Müəllimim mənə bu yolda çox kömək göstərib. Valideynlərim də hər cür dəstək olur, onların mənəvi dəstəkləri əvəzolunmazdır. Buraxılış imtahanı mənim üçün çox gözəl keçdi, imtahan suallarını asanlıqla yazdım".Telman vurğulayır ki, imtahana hazırlaşarkən sadəcə müəllimin verdiyi tapşırıqlarla kifayətlənmir, özü də əlavə tapşırıqlar işləyərək, inkşaf etməyə çalışıb: "Özümə əminlik olsa da, həyəcan hər imtahanda olduğu kimi, bu imtahanda da var idi. Maksimal nəticə göstərdiyim üçün çox sevincliyəm. Bu nəticə məni çox ruhlandırır, blok imtahanı hazırlığı üçün daha da həvəsləndirir. Gələcəkdə böyük şirkətlərdə proqramçı kimi çalışmaq istəyirəm. Bu ixtisası seçmə səbəbim uşaqlıqdan kompüterlərə olan həvəsimdir. Məni buraya cəlb edən isə bu ixtisasın çoxşaxəliyi və mürəkkəbliyidir".

Müəllimlər üçün “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı elan edilir

Dərs ili mayın 31-də yekunlaşacaq? – Rəsmi cavab

Nazir yeni tədris ili üzrə I sinfə şagird qəbulunun aparılması barədə əmr imzalayıb
.jpg)
Kənd məktəbindən möhtəşəm nəticə: 9 şagirdi buraxılış imtahanında yüksək bal topladı

Buraxılış imtahanlarının nəticələrinin açıqlanacağı vaxt bəlli oldu

Mingəçevir Dövlət Universitetinin yeni rektoru kimdir? – Tərcümeyi-hal
Qəzetin PDF arxivi



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.